Bakıda Türkiyənin Zəfər Bayramı münasibətilə rəsmi tədbir təşkil edildi - Baku TV
Avqustun 28-də Türkiyənin Azərbaycandakı səfirliyi ölkəsinin Zəfər bayramı və Silahlı Qüvvələr Günü münasibətilə rəsmi qəbul təşkil edib.
Tədbir Azərbaycanın və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 30 Avqust – Zəfər Bayramı münasibətilə təbrik məktubunu oxuyub.
Birol Akgün çıxışında türk xalqı və Türkiyə Silahlı Qüvvələrinin Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 1922-ci il avqustun 30-da tarixi qələbə qazanaraq Türkiyənin müstəqilliyi uğrunda apardığı mübarizəni uğurla başa çatdırdığını bildirib.
Daha sonra çıxış edən müdafiə naziri, general-polkovnik Zakir Həsənov Zəfər bayramı və Türk Silahlı Qüvvələri Gününün 104-cü ildönümü münasibətilə qardaş Türkiyəni təbrik edib, əmin-amanlıq, firavanlıq və rifah arzulayıb.
Qeyd edək ki, rəsmi qəbulda dövlət və hökumət nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri, hərbi attaşelər, beynəlxalq təşkilatların təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Тег #Türkiyə səfirliyi используется
- "Bu kəlam bizim ortaq şüarımızdır" | Türkiyə səfirindən diqqətçəkən açıqlama - Baku TV
- Türkiyənin Azərbaycandakı səfiri Heydər Əliyevi yad etdi - Baku TV
- Bakıda Türkiyə Cümhuriyyətinin 102 illiyi keçirildi | “Bir millət, iki dövlət” ruhunda qeyd olundu
- Bu yola da əl atdılar | Türkiyə səfirliyindən yayılan saxta xəbərlərə reaksiya
- Türkiyə səfirindən qardaşlıq mesajı | Bakıdakı "Türk şəhidliyi" abidəsi ziyarət olundu
