Выбрать плеер:

Birinci xanım Mehriban Əliyeva Gürcüstanda bu muzeylərdə olub - Baku TV

06 апреля 2026 43 просмотров

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva aprelin 6-da Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub.

Azərbaycanın birinci xanımına muzey haqqında məlumat verilib.

Qeyd olunub ki, muzeyin binası vaxtilə Tbilisidə yaşayan Mirzə Fətəli Axundzadənin vəsaiti ilə inşa edilib. Gürcüstanın azərbaycanlı ziyalılarının müraciətinə əsasən, 1982-ci ildə binada Mirzə Fətəli Axundzadənin ev-muzeyi yaradılıb. 1996-cı ildə Ümummilli Lider Heydər Əliyevin Gürcüstana rəsmi səfərindən sonra bu mədəniyyət ocağı əsaslı təmir olunaraq həmin vaxtdan mədəniyyət mərkəzi kimi fəaliyyət göstərir.

Gürcüstan Prezidentinin Sərəncamına əsasən, 2007-ci ildə Mərkəzə Azərbaycan Mədəniyyəti Muzeyi statusu verilib və 2013-cü ildə Azərbaycan Respublikasının maliyyə dəstəyi ilə burada əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. Elə həmin il mayın 8-də keçirilmiş muzeyin açılış mərasimi Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva aprelin 6-də Tbilisidə Gürcüstan Milli Muzeyində olub.

Gürcüstan Milli Muzeyində bu ölkənin tarixinin müxtəlif dövrlərinə aid eksponatlar sərgilənir. Muzeyin "Gürcüstanda Daş dövrü" ekspozisiyası ölkədə aşkara çıxarılmış ən vacib arxeoloji irsi təqdim edir. İndiyədək Gürcüstanda 500-dən çox Daş dövrü abidəsi qeydə alınıb.

Ekspozisiyada Dmanisidə (Kvemo Kartli bölgəsi) aşkarlanan tapıntılar xüsusi yer tutur. Burada təxminən 1,8 milyon il əvvələ aid insan qalıqları və əmək alətləri var. "Arxeoloji xəzinə" ekspozisiyasında isə Gürcüstanda aşkar edilmiş və eramızdan əvvəl III minillikdən eramızın IV əsrinə qədər olan dövrə aid nadir zərgərlik məmulatları nümayiş olunur.

Скопировано
İlham Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul etdi - Baku TV

İlham Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul etdi - Baku TV

Siyasət
07 апреля 2026 43 просмотров
Kiyevin Yaxın Şərq planı | ABŞ-nin İranda gizli əməliyyatı | Ərdoğandan açıqlama - YENİ BİR SƏHƏR

Kiyevin Yaxın Şərq planı | ABŞ-nin İranda gizli əməliyyatı | Ərdoğandan açıqlama - YENİ BİR SƏHƏR

Siyasət
07 апреля 2026 43 просмотров
Gürcüstan mətbuatı İlham Əliyevin səfərini geniş işıqlandırıb - Baku TV

Gürcüstan mətbuatı İlham Əliyevin səfərini geniş işıqlandırıb - Baku TV

Siyasət
07 апреля 2026 43 просмотров
Dünya mediasında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı nələr yazıldı? - BİZDƏN NƏ DANIŞIRLAR?

Dünya mediasında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı nələr yazıldı? - BİZDƏN NƏ DANIŞIRLAR?

Siyasət
06 апреля 2026 43 просмотров
Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb

Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb

Siyasət
06 апреля 2026 43 просмотров
İlham Əliyev Gürcüstandan belə yola salındı - Baku TV

İlham Əliyev Gürcüstandan belə yola salındı - Baku TV

Siyasət
06 апреля 2026 43 просмотров
Tbilisidə Prezident İlham Əliyevin şərəfinə lanç verilib - Baku TV

Tbilisidə Prezident İlham Əliyevin şərəfinə lanç verilib - Baku TV

Siyasət
06 апреля 2026 43 просмотров
“Orta Dəhliz regionunun mahiyyəti artır” | Kobaxidze Azərbaycanla tərəfdaşlıqdan danışdı - Baku TV

“Orta Dəhliz regionunun mahiyyəti artır” | Kobaxidze Azərbaycanla tərəfdaşlıqdan danışdı - Baku TV

Siyasət
06 апреля 2026 43 просмотров
İlham Əliyevin Gürcüstana dövlət səfəri ilə bağlı detallar - ANA XƏBƏR

İlham Əliyevin Gürcüstana dövlət səfəri ilə bağlı detallar - ANA XƏBƏR

Siyasət
06 апреля 2026 43 просмотров
Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi yola saldı - Baku TV

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi yola saldı - Baku TV

Siyasət
06 апреля 2026 43 просмотров
Выбранные
icon