İlham Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul etdi - Baku TV
Prezident İlham Əliyev aprelin 7-də Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkü qəbul edib.
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru qəbula görə minnətdarlığını bildirərək, dövlət başçısı ilə görüşdən şərəf hissi duyduqlarını deyib.
Muhsin Şentürk Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə dövlət başçısına çatdırmağı xahiş edib.
Söhbət zamanı qardaşlıq və strateji müttəfiqlik prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərimizin bütün sahələrdə uğurlu inkişafı məmnunluqla vurğulanıb, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ölkələrin olmadığı qeyd edilib.
Görüşdə ölkələrimizin prokurorluq orqanları arasında uğurlu əlaqələrin qurulduğu bildirilib, bu xüsusda Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən səmərəli əməkdaşlığa toxunulub, təcrübə mübadiləsinin genişləndirilməsinin önəmi vurğulanıb.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Тег #İlham Əliyev используется
- Kiyevin Yaxın Şərq planı | ABŞ-nin İranda gizli əməliyyatı | Ərdoğandan açıqlama - YENİ BİR SƏHƏR
- Gürcüstan mətbuatı İlham Əliyevin səfərini geniş işıqlandırıb - Baku TV
- Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb
- İlham Əliyev Gürcüstandan belə yola salındı - Baku TV
- Tbilisidə Prezident İlham Əliyevin şərəfinə lanç verilib - Baku TV
