Boş qalan kəndin izləri | Çöl tədqiqatları zamanı burada hansı irs aşkarlanıb?
“Qərbi Azərbaycanın yaddaş yerləri” layihəsi çərçivəsində indiki Ermənistanda yerləşən və 1948–1953-cü illərdə azərbaycanlıların deportasiyası nəticəsində boşalmış Ərinc kəndinin tarixi haqqında araşdırma dərc olunub.
Məqalə “Perished civilization”da yayımlanıb. XVIII əsr Osmanlı mənbələrində adıçəkilən kənd XVIII əsrin ortalarından Rusiya işğalına qədər Naxçıvan xanlığının Dərələyəz mahalına daxil olub.
1829–1832-ci illərə aid kameral təsvirə əsasən, kənddə 177 nəfər yaşayıb. Sonrakı statistik məlumatlara görə, azərbaycanlıların əcdadlarının sayı 1873-cü ildə 129, 1886-cı ildə 152, 1908-ci ildə isə 264 nəfər olub.
1918–1920-ci illərdə Ermənistanda hakimiyyətdə olan "Daşnaksütyun" partiyasının türk əhaliyə qarşı etnik təmizləmə siyasəti nəticəsində bölgədə azərbaycanlıların sayı azalıb.
Sovet dövründə Paşalı, sonradan Əzizbəyov və Vayk adlandırılan rayonun tərkibində olan Ərinc kəndində 1940-cı illərin sonlarına qədər azərbaycanlılar yaşayıb. 1949-cu ildə kənd sakinləri Ermənistan SSR-dən Azərbaycan SSR-ə deportasiya edilərək Mirbəşir rayonuna (indiki Tərtər rayonu) köçürülüblər. Bundan sonra kənd baxımsız qalıb.
«Qərbi Azərbaycanın yaddaş yerləri» – nadir elmi-tədqiqat işidir. Müasir Ermənistan ərazisində aparılan sahə tədqiqatları zamanı ilk dəfə olaraq müasir azərbaycanlıların əcdadlarının vaxtilə məskunlaşdığı 600-ə yaxın kənd haqqında məlumat toplanmış və sistemləşdirilmişdir. Onların bəzilərində türk mədəni-tarixi irsinin fraqmentləri – qəbiristanlıqlar, pirlər, məscidlər qalmışdır.
