Выбрать плеер:
“Bu sahənin böyük potensialı var” | Prezident Orta Dəhliz layihəsindən danışdı - Baku TV
"Azərbaycan öz xarici siyasət prioritetlərini çoxdan müəyyən edib. Bu gün biz Şərqlə Qərb arasında müəyyən körpü rolunu oynayırıq".
Bu fikirləri Prezident İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə mətbuata bəyanatında söyləyib.
Dövlət başçısı qeyd edib ki, infrastruktura, bağlantılar, nəqliyyat sektoruna qoyduğumuz sərmayə bu gün imkan verir ki, Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli parçasına çevrilsin.
"Biz Orta Dəhliz layihəsində fəal iştirak edirik. Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir", – İlham Əliyev əlavə edib.
Скопировано
