Выбрать плеер:
Əli Əsədov Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla danışdı
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və Azərbaycanın Baş naziri Əli Əsədov arasında telefon danışığı olub.
Bu barədə C.Yılmaz "X" sosial şəbəkə hesabında yazıb.
Telefon danışığı zamanı Əli Əsədov bildirib ki, Azərbaycan həmrəylik əlaməti olaraq prosesi diqqətlə və qətiyyətlə izləyir.
Cevdet Yılmaz Əli Əsədova qardaş Azərbaycan xalqı adından verdiyi başsağlığı və göstərdikləri səmimi həmrəyliyə görə təşəkkür edib.
Скопировано
