Выбрать плеер:
"Ermənilərin bütün ümidləri alt-üst oldu" | Azərbaycan toponimləri niyə təhrif olunur? - Baku TV
“Ermənistan tərəfi sülh gündəliyini yalnız Azərbaycanın onları fakt qarşısında qoyması nəticəsində qəbul edib. İndiyədək atdıqları addımlar da göstərir ki, onlar öz hərəkətlərində sonadək səmimi və ardıcıl deyillər”.
Bu sözləri millət vəkili Sahib Alıyev deyib.
Onun sözlərinə görə, Ermənistan tərəfi səmimi və ardıcıl olsaydı, Konstitusiya dəyişikliyi ilə bağlı referendum çoxdan keçirilmiş olardı:
“Təkcə Ermənistan hakimiyyəti deyil, bütövlükdə erməni toplumu Azərbaycana qarşı törətdikləri bütün vəhşiliklərə görə üzr istəməli idi. Biz onların törətdikləri əməllərə görə Azərbaycan xalqından bir dəfə də olsun üzr istədiklərini görməmişik”.
Скопировано
