Выбрать плеер:

Ermənistan Zəngəzur dəhlizindən nə qazanacaq? | Dünya diqqətində olan görüşün təfərrüatı

11 июля 2025 310 просмотров

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın əvvəlcə nümayəndə heyətlərinin iştirakı ilə görüşü, daha sonra təkbətək formatda müzakirələri Cənubi Qafqazda sülhün vasitəçilərsiz daha yaxın olduğunun göstəricisidir.

Bu, Azərbaycan və Ermənistan dövlət başçılarının, hər iki ölkənin nümayəndə heyətlərinin bir neçə dəfə görüşlərinin konstruktiv davamı idi. Azərbaycan tərəfi sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin beynəlxalq hüquq çərçivəsində aparılmasını təklif edir. Sülh sazişi üzrə danışıqların mətni də demək olar ki, hazırdır.

Belə bir müsbət ab-havada Azərbaycanın Əbu-Dabi görüşünə təşəbbüs göstərməsi və Ermənistanın bu təşəbbüsə cavab verməsi xüsusi əhəmiyyətlidir.

Bu məqamda məsələnin digər tərəfi yada düşür. Sülh danışıqları etimadın möhkəmlənməsinə təkan verir. Üstəlik, Azərbaycan diplomatiyası hüquq və əməkdaşlıq üzərində qurulub. Ermənistanla münasibətləri normallaşdırma strategiyası regionda davamlı əməkdaşlıq mühiti yaradır. Əməkdaşlıq mühitində iqtisadi əlaqələr, şübhəsiz ki, yaranacaq, inkişaf edəcək. Məsələn, Zəngəzur dəhlizi fonunda regional kommunikasiyaların açılması və şaxələndirilməsi.

İqtisadçı Eldəniz Əmirovun sözlərinə görə, nəticədə, Zəngəzur dəhlizinin işə düşməsi və Orta Dəhlizin bir seqmentinə inteqrasiya prosesi baş verəcək:

“Bu, regionda iqtisadi əlaqələrin yüksəliş fazasına keçidini təmin edəcək. Eyni zamanda Ermənistan üçün də müsbət nəticələr vəd edir. Çünki indiyədək yürüdülən siyasət nəticəsində bu ölkə mühüm iqtisadi layihələrdən təcrid olunmuşdu. İndi isə fürsət yaranıb ki, Ermənistan da Azərbaycanın təşəbbüskarı olduğu layihələrə qoşulsun”.

Siyasi və iqtisadi maraqların uyğunluğu Azərbaycan və Ermənistan münasibətlərinin normallaşmasında əməli addımların artıq reallığa çevrilməsi deməkdir. Ona görə də Azərbaycanın son 5 ildə yaratdığı bu reallığı və Əbu-Dabi görüşünü ABŞ, Avropa İttifaqı da alqışlayıb. Həmçinin Azərbaycanın təşəbbüsləri rəsmi İrəvan tərəfindən də dəstəklənib.

Скопировано
İrəvan xalçaları ilə Qarabağ xalçaları arasında gizli əlaqə - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

İrəvan xalçaları ilə Qarabağ xalçaları arasında gizli əlaqə - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
17 января 2026 310 просмотров
Sədərək-Yerasx xətti açılarsa, nə baş verəcək? - Baku TV

Sədərək-Yerasx xətti açılarsa, nə baş verəcək? - Baku TV

Siyasət
17 января 2026 310 просмотров
Yanvar hadisələrinin xatirəsinə həsr olunan tədbir - Baku TV

Yanvar hadisələrinin xatirəsinə həsr olunan tədbir - Baku TV

Siyasət
17 января 2026 310 просмотров
"Erməni katib göstəriş vermişdi ki, bir nəfər sağ çıxmasın" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

"Erməni katib göstəriş vermişdi ki, bir nəfər sağ çıxmasın" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
16 января 2026 310 просмотров
Qərbi Azərbaycanla bağlı tarixi mənbələrə əsaslanan elektron kitab - Baku TV

Qərbi Azərbaycanla bağlı tarixi mənbələrə əsaslanan elektron kitab - Baku TV

Siyasət
16 января 2026 310 просмотров
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilib

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilib

Siyasət
16 января 2026 310 просмотров
Qəzza Sülh Şurasına hansı ölkələr qoşulacaq?

Qəzza Sülh Şurasına hansı ölkələr qoşulacaq?

Siyasət
16 января 2026 310 просмотров
"20-dən çox ölkə..." | BTQ-nin təşkil etdiyi beynəlxalq konfransda nələr açıqlandı? - Baku TV

"20-dən çox ölkə..." | BTQ-nin təşkil etdiyi beynəlxalq konfransda nələr açıqlandı? - Baku TV

Siyasət
16 января 2026 310 просмотров
“Biz ədalət istəyirik!” - Xalqların haqq səsi Bakıdan ucalır - Baku TV

“Biz ədalət istəyirik!” - Xalqların haqq səsi Bakıdan ucalır - Baku TV

Siyasət
16 января 2026 310 просмотров
Hindistanın etnik azlıqlara qarşı repressiv siyasəti ilə bağlı konfrans

Hindistanın etnik azlıqlara qarşı repressiv siyasəti ilə bağlı konfrans

Siyasət
16 января 2026 310 просмотров
Выбранные
icon