Выбрать плеер:
Ermənistanda konstitusiya dəyişikliklərinə start verildi?
Ermənistanın Konstitusiya İslahatları Şurası yaxın günlərdə ölkənin yeni konstitusiyasının hazırlanması ilə bağlı iclaslar keçirəcək.
Ermənistanın "Hraparak" qəzeti bu barədə məlumatlı mənbəyə istinadən xəbər yayıb.
Nəşr iddia edir ki, Şura yeni konstitusiyanın hazırlanmasını cəmiyyətin tələbi kimi təqdim etməyə hazırlaşır.
Məlumatda həmçinin qeyd olunur ki, Vaşinqton razılaşmasından sonra Bakı sazişin yekun variantını imzalamaq üçün Ermənistanın Baş naziri Nikol Paşinyana konstitusiyanın dəyişdirilməsi barədə göstəriş verib.
Скопировано
