Siyasət
Выбрать плеер:

Ətraf mühitə ziyan vuranlar kimlərdir? | Dünyanı ən çox çirkləndirən ölkələr

12 ноября 2024

Dünyada sənayenin inkişafı, əhalinin artımı ilə iqlim də dəyişir. Sənaye tullantıları, insan təsirləri təbiətin nizamını pozur, istiləşmə müşahidə olunur, hava çirklənir, daşqınlar baş verir və s. Bir sözlə, bizi əhatə edən dünya normal halından uzaqlaşır.

Bunun üçün də Birləşmiş Millətlər Təşkilatı 1995-ci ildə ilk dəfə COP – “Conference of the Parties”, yəni “Tərəflərin Konfransı” adlı tədbir təşkil edir. İlk tədbir Almaniyada olub.

Ondan sonra hər il BMT çərçivəsində iqlimlə bağlı müzakirələr aparılır. COP tədbirlərinin məqsədi 2015-ci ildə imzalanan Paris Sazişinin tələblərinə uyğun olaraq, dünyada karbon qazının miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi, 1,5 dərəcə Selsiyə çatdırmaqdır. Bu, COP tədbirlərində müzakirə olunur, razılaşdırılır.

İnkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin təsirini azaltmaq və uyğunlaşmaqda kömək etmək məqsədilə maliyyə yardımı üçün fond yaradırlar.

Ətraf mühitə ən çox ziyan iqtisadi cəhətdən inkişaf etmiş ölkələr tərəfindən vurulur. Çünki ərazilərində sənaye müəssisələri çoxdur, iqtisadi aktivlik artan templə davam edir. Məntiqlə də iqlim dəyişməsinə qarşı mübarizə üçün ən çox vəsaiti onlar ödəməlidirlər.

Dünyanın ən böyük iqtisadiyyatına malik ABŞ hələ Donald Trampın birinci prezidentliyi dövründə iqlim dəyişikliyi ilə mübarizə üçün ən böyük müqavilə olan Paris Sazişindən çıxıb.

Daha sonra Birləşmiş Ştatlar Cozef Bayden hakimiyyəti dönəmində yenidən müqaviləyə qayıdıb. Bu gedişlər təbii olaraq inkişaf etmiş digər ölkələrin iqlim dəyişikliyi ilə mübarizə üçün maliyyə ayırmasında tərəddüdlər yaradır.

Maraqlıdır, bəs niyə dünyanı ən çox çirkləndirənlər təmiz planet üçün pul xərcləmək istəmir?

Скопировано
İlham Əliyev və Ərdoğanın Bakı görüşündən görüntülər

İlham Əliyev və Ərdoğanın Bakı görüşündən görüntülər

Siyasət
12 ноября 2024
Azərbaycan və Albaniya arasında mühüm memorandum imzalandı | Yeni layihənin detalları

Azərbaycan və Albaniya arasında mühüm memorandum imzalandı | Yeni layihənin detalları

Siyasət
12 ноября 2024
Kir Starmer COP29-da iştirak etmək üçün Azərbaycanda | Prezidentlə görüşdə nələrdən danışıldı?

Kir Starmer COP29-da iştirak etmək üçün Azərbaycanda | Prezidentlə görüşdə nələrdən danışıldı?

Siyasət
12 ноября 2024
Matuil Haq Xalis Əfqanıstandakı son vəziyyətdən danışdı | Növbəti addımlar açıqlandı

Matuil Haq Xalis Əfqanıstandakı son vəziyyətdən danışdı | Növbəti addımlar açıqlandı

Siyasət
12 ноября 2024
Polşa Prezidentinin COP29-dan gözləntiləri nələrdir? | Andjey Dudadan İlham Əliyevə təbrik

Polşa Prezidentinin COP29-dan gözləntiləri nələrdir? | Andjey Dudadan İlham Əliyevə təbrik

Siyasət
12 ноября 2024
Əfqanıstan bunları edərək istədiyinə nail ola bilməz | "Taliban" nümayəndəsindən açıqlama

Əfqanıstan bunları edərək istədiyinə nail ola bilməz | "Taliban" nümayəndəsindən açıqlama

Siyasət
12 ноября 2024
Ermənistan tərəfindən qaldırılmış etirazlara baxmayaraq... | Elnur Məmmədovdan açıqlama

Ermənistan tərəfindən qaldırılmış etirazlara baxmayaraq... | Elnur Məmmədovdan açıqlama

Siyasət
12 ноября 2024
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının müraciəti təqdim olundu | Ən son məlumatlar

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının müraciəti təqdim olundu | Ən son məlumatlar

Siyasət
12 ноября 2024
Əbdüllətif Camal Rəşid İlham Əliyevlə görüşündən danışdı | Mühüm açıqlama

Əbdüllətif Camal Rəşid İlham Əliyevlə görüşündən danışdı | Mühüm açıqlama

Siyasət
12 ноября 2024
Ağcaqala, Ağcaqışlaq, Ağcaquş - türk tarixinin izi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Ağcaqala, Ağcaqışlaq, Ağcaquş - türk tarixinin izi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
12 ноября 2024
Выбранные
icon