Siyasət
Выбрать плеер:
Matuil Haq Xalis Əfqanıstandakı son vəziyyətdən danışdı | Növbəti addımlar açıqlandı
“Əfqanıstanda son onilliklər böyük konfliktlərlə yadda qalıb. Amma hazırkı Administrasiyanın hakimiyyətində deyərdim ki, ölkə təhlükəsizliyinə və sabitliyinə qovuşub”.
Bunu Əfqanıstan nümayəndə heyətinin rəhbəri Matuil Haq Xalis deyib.
“Bu istiqamətdə son illərdə mühüm irəliləyiş qeydə alınıb. Ən önəmlisi budur ki, artıq ölkədə vahid mərkəzi hökumət mövcuddur. Hazırkı Administrasiya əhalinin xoşbəxtliyi və firavan gələcəyi üçün çalışır, həmçinin keçmişdə baş verən problemlərlə təkrar qarşılaşmamaq üçün tədbirlər görülür”, – deyə o bildirib.
Скопировано
Выбранные