Siyasət
Выбрать плеер:

G7 ölkələrindən Azərbaycan və Ermənistana mühüm çağırış

20 апреля 2024

G7 (Böyük Yeddilik) ölkələri Ermənistan və Azərbaycanı sülh prosesinə sadiq qalmağa çağırıb.

Müvafiq bənd qrupa daxil olan ölkələrin xarici işlər nazirlərinin İtaliyada keçirilən toplantısından sonra qəbul edilmiş bəyanatında yer alıb.

“Biz Ermənistan və Azərbaycanı gücdən istifadə etməmək, suverenliyə hörmət, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərinə əsaslanan ləyaqətli və davamlı sülhə nail olmaq üçün sülh prosesinə tam sadiq qalmağa çağırırıq. Biz tərəflərin 7 dekabr 2023-cü il tarixində verdikləri Birgə Bəyanatı xatırlayır və onları gələcək qarşılıqlı fəaliyyətlərində bu əməkdaşlıq ruhunu qorumağa çağırırıq”, – deyə sənəddə bildirilir.

Qeyd olunur ki, G7 və onun üzvləri bütün səviyyələrdə qurulmuş danışıqlar çərçivəsində gələcək konstruktiv təmasları asanlaşdırmağa hazırdırlar.

“Biz Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliyinin vacibliyini bir daha təsdiq edirik. Biz regional əməkdaşlığın artırılmasına və bütün sərhədlərin, o cümlədən Ermənistanla Türkiyə arasındakı sərhədin açılmasına çağırırıq”, – deyə bəyanatda vurğulanır.

Ayxan Hacızadə ABŞ səfirinin paylaşımına belə reaksiya verdi

Ayxan Hacızadə ABŞ səfirinin paylaşımına belə reaksiya verdi

Siyasət
03 мая 2024
Buz bağlayan Göyçə gölünün üstündə maşınlar gəzər, vertolyot enərdi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Buz bağlayan Göyçə gölünün üstündə maşınlar gəzər, vertolyot enərdi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
03 мая 2024
Erməni türkoloq Almatı görüşünü şərh etdi | Qərb kimi dəstəkləyir?

Erməni türkoloq Almatı görüşünü şərh etdi | Qərb kimi dəstəkləyir?

Siyasət
03 мая 2024
"Ay Data"nın yaydığı məlumatda Azərbaycanla bağlı görün nə ortaya çıxdı

"Ay Data"nın yaydığı məlumatda Azərbaycanla bağlı görün nə ortaya çıxdı

Siyasət
03 мая 2024
İki ölkə arasındakı hərbi münaqişə dağıdıcı ola bilər | Pakistan səfiri - RƏSMİLƏR

İki ölkə arasındakı hərbi münaqişə dağıdıcı ola bilər | Pakistan səfiri - RƏSMİLƏR

Siyasət
03 мая 2024
Ermənistan və Ukrayna XİN başçıları danışdı | Erməni mediası nələr yazdı?

Ermənistan və Ukrayna XİN başçıları danışdı | Erməni mediası nələr yazdı?

Siyasət
03 мая 2024
Azərbaycan və İran generalları görüşdü | MN-dən vacib məlumat

Azərbaycan və İran generalları görüşdü | MN-dən vacib məlumat

Siyasət
03 мая 2024
Gürcüstanı kim qarışdırır? | Böyük güclərin məqsədi - BAKU AKTUAL

Gürcüstanı kim qarışdırır? | Böyük güclərin məqsədi - BAKU AKTUAL

Siyasət
03 мая 2024
Azərbaycanda yeni türk hərbi şirkəti qurulur | Rusların təyyarələrini...

Azərbaycanda yeni türk hərbi şirkəti qurulur | Rusların təyyarələrini...

Siyasət
03 мая 2024
Ermənilər qorxu içində | Bakı buna görə Almatıda vasitəçi istəmir

Ermənilər qorxu içində | Bakı buna görə Almatıda vasitəçi istəmir

Siyasət
03 мая 2024
Выбранные
icon