Выбрать плеер:

İlham Əliyev Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədrini qəbul etdi - Baku TV

19 мая 2026 24 просмотров

Prezident İlham Əliyev mayın 19-da Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenkonu qəbul edib.

Dövlət başçısı Belarusun Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) yüksəksəviyyəli nümayəndə heyəti ilə iştirak etdiyini deyib.

Sıx dostluğa əsaslanan Azərbaycan-Belarus münasibətlərinin inkişafından məmnunluğunu bildirən Prezident İlham Əliyev bütün sahələr üzrə fəal əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. Bu xüsusda parlamentlərarası formatın əhəmiyyəti qeyd edilib. Ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığa toxunan dövlət başçısı birgə layihələrin uğurla icra olunduğu deyib.

Qəbula görə minnətdarlığını bildirən İqor Sergeyenko Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Aleksandr Lukaşenkoya çatdırmağı xahiş edib.

Qonaq vurğulayıb ki, Azərbaycan və Belarus liderlərinin şəxsi əlaqələri ölkələrimizin qurumları arasında əməkdaşlığın inkişafına töhfə verir.

İqor Sergeyenko Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılışında iştirak etdiyini deyərək, burada şəhərsalmanın mühüm istiqamətləri üzrə müzakirələrin aparıldığını vurğulayıb. Qeyd edib ki, nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı zəngin təcrübəsi olan Azərbaycanda WUF13 də yüksək səviyyədə təşkil edilib.

Söhbət zamanı münasibətlərimizin müxtəlif sahələrdə inkişafı perspektivləri müzakirə edilib, hər iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Скопировано
WUF13: Şuşa və Trabzon arasında qardaşlaşma haqqında memorandum imzalandı - Baku TV CANLI

WUF13: Şuşa və Trabzon arasında qardaşlaşma haqqında memorandum imzalandı - Baku TV CANLI

Siyasət
19 мая 2026 24 просмотров
"Türkiyə pavilyonu da açılıb" | "Haber Global"dan WUF13-ün III günü barədə məlumatlar - Baku TV

"Türkiyə pavilyonu da açılıb" | "Haber Global"dan WUF13-ün III günü barədə məlumatlar - Baku TV

Siyasət
19 мая 2026 24 просмотров
"Böyük bir hadisədir" | Polad Bülbüloğlu WUF13-ün Bakıda keçirilməsinin önəmindən danışdı - Baku TV

"Böyük bir hadisədir" | Polad Bülbüloğlu WUF13-ün Bakıda keçirilməsinin önəmindən danışdı - Baku TV

Siyasət
19 мая 2026 24 просмотров
"Ən diqqətçəkən pavilyonlardan biri..." | "Haber Global"ın WUF13-lə bağlı süjeti - Baku TV

"Ən diqqətçəkən pavilyonlardan biri..." | "Haber Global"ın WUF13-lə bağlı süjeti - Baku TV

Siyasət
19 мая 2026 24 просмотров
"Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbir

"Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbir

Siyasət
19 мая 2026 24 просмотров
"Müstəmləkə idarəçiliyinin yaratdığı ədalətsizliklər və mənzil böhranı" mövzusunda brifinq - Baku TV

"Müstəmləkə idarəçiliyinin yaratdığı ədalətsizliklər və mənzil böhranı" mövzusunda brifinq - Baku TV

Siyasət
19 мая 2026 24 просмотров
WUF13-ün üçüncü günündə diqqətçəkən məsələlər | Hansı açıqlamalar verildi? - Baku TV

WUF13-ün üçüncü günündə diqqətçəkən məsələlər | Hansı açıqlamalar verildi? - Baku TV

Siyasət
19 мая 2026 24 просмотров
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası davam edir - Baku TV CANLI

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası davam edir - Baku TV CANLI

Siyasət
19 мая 2026 24 просмотров
İlham Əliyev "Euronews” televiziyasına müsahibə verib - Baku TV

İlham Əliyev "Euronews” televiziyasına müsahibə verib - Baku TV

Siyasət
19 мая 2026 24 просмотров
WUF13-də dövlət başçıları və nümayəndə heyətlərinin şərəfinə rəsmi ziyafət verilib

WUF13-də dövlət başçıları və nümayəndə heyətlərinin şərəfinə rəsmi ziyafət verilib

Siyasət
19 мая 2026 24 просмотров
Выбранные
icon