Prezident Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu vurğuladı - Baku TV
“Hazırda Cənub Qaz Dəhlizi vasitəsilə 16 ölkəyə təbii qaz ixrac edirik”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Euronews”a müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan Avropa ilə enerji əməkdaşlığına uzun müddət əvvəl başlayıb və bu proses xüsusilə 2020-ci ildən sonra sürətlənib:
“Boru kəmərləri vasitəsilə qaz tədarük etdiyimiz ölkələrin sayına görə dünyada birinci yerdəyik. Avropa İttifaqının 10 üzv dövləti bizim müştərimizdir. Ümumilikdə isə 12 Avropa ölkəsi Azərbaycandan qaz alır”.
İlham Əliyev vurğulayıb ki, Azərbaycanla Avropa arasında enerji əməkdaşlığı qarşılıqlı maraqlara əsaslanır:
“Bizim premium bazara ehtiyacımız var, o da Avropadır. Avropanın isə Azərbaycan kimi alternativ təchizat mənbəyinə ehtiyacı var. Bu əsasda Avropa Komissiyası ilə çox səmərəli əməkdaşlıq qurmuşuq”.
Тег #İlham Əliyev используется
- İlham Əliyev Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədrini qəbul etdi - Baku TV
- İlham Əliyev "Euronews” televiziyasına müsahibə verib - Baku TV
- WUF13-də dövlət başçıları və nümayəndə heyətlərinin şərəfinə rəsmi ziyafət verilib
- Hörmüz böhranının Azərbaycana təsiri olub? - Prezidentdən "Euronews"a açıqlama - Baku TV
- Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verdi
