Siyasət
Выбрать плеер:
İlham Əliyev Ermənistanla sərhədlərin delimitasiya prosesindən danışdı
“Bu gün Qafqaz qlobal miqyasda hadisələrin sürətlə inkişaf etdiyi bölgədir və onların düzgün məcraya yönəldilməsi üçün biz proaktiv olmalıyıq. Biz oturub gözləməli deyilik. Belə olduğu halda biz uduzacağıq, rahatlaşmaq vaxtı deyil”.
Bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda bildirib.
“İkinci Qarabağ müharibəsindən dərhal sonra deyirdim ki, bizim bu hadisəni qeyd etməyə vaxtımız yoxdur. Bu, belə də oldu. Biz bunu xüsusi qeyd etmədən işimizə davam etdik. Bu işlər davam edir, çünki görüləcək işlər çoxdur”, – dövlət başçısı qeyd edib.
Скопировано
Выбранные