Выбрать плеер:

İlham Əliyev Moldovanın Baş nazirinin müavinini qəbul etdi - Baku TV

06 марта 2026 48 просмотров

Prezident İlham Əliyev martın 6-da Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoini qəbul edib.

Mixay Popşoi İranın pilotsuz uçuş aparatları ilə Azərbaycana qarşı törətdiyi hücumları Moldovanın qətiyyətlə qınadığını deyib, bu məsələdə ölkəmizlə həmrəy olduqlarını vurğulayıb. O, hücum zamanı xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

Xalqlar arasında dostluq münasibətlərinin mövcud olmasını məmnunluqla qeyd edən qonaq deyib ki, Moldovanın çətin günlərində Azərbaycanın dəstəyini həmişə xatırlayırlar və bunu yüksək qiymətləndirirlər.

Prezident İlham Əliyev nümayiş olunan mövqeyə görə təşəkkür edib.

Söhbət zamanı Azərbaycanın və Moldovanın daim bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədikləri məmnunluqla qeyd olunub, ikitərəfli münasibətlərin inkişafı, o cümlədən siyasi, iqtisadi-ticari, enerji və digər sahələrdə əməkdaşlığın dərinləşdiyi vurğulanıb, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əlaqələrin genişlənməsində roluna toxunulub. Bu xüsusda Mixay Popşoinin səfərinin uğurlu olacağına əminlik bildirilib.

Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, siyasi dialoqun intensivləşdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Скопировано
Mixay Popşoi ilə Ceyhun Bayramov birgə mətbuat konfransı keçiriblər

Mixay Popşoi ilə Ceyhun Bayramov birgə mətbuat konfransı keçiriblər

Siyasət
07 марта 2026 48 просмотров
"O şərtlə daha hücum etməyəcəyik ki..." - Pezeşkian hücuma görə bu ölkələrdən üzr istədi - Baku TV

"O şərtlə daha hücum etməyəcəyik ki..." - Pezeşkian hücuma görə bu ölkələrdən üzr istədi - Baku TV

Siyasət
07 марта 2026 48 просмотров
Xamenei "Sparrow" ilə öldürülməyib | Naxçıvanın vurulmasının arxasında nə dayanır? - HƏRBİ XRONİKA

Xamenei "Sparrow" ilə öldürülməyib | Naxçıvanın vurulmasının arxasında nə dayanır? - HƏRBİ XRONİKA

Siyasət
07 марта 2026 48 просмотров
Prezident Məsud Pezeşkian kənarlaşdırılıb, qərarları SEPAH generalları verir? - AKTUAL GÜNDƏM

Prezident Məsud Pezeşkian kənarlaşdırılıb, qərarları SEPAH generalları verir? - AKTUAL GÜNDƏM

Siyasət
07 марта 2026 48 просмотров
Leyla Əliyeva şəhid ailələri ilə birlikdə iftar süfrəsində iştirak edib - Baku TV

Leyla Əliyeva şəhid ailələri ilə birlikdə iftar süfrəsində iştirak edib - Baku TV

Siyasət
07 марта 2026 48 просмотров
Serbiya və Azərbaycan liderləri arasında telefon danışığının detalları - Baku TV

Serbiya və Azərbaycan liderləri arasında telefon danışığının detalları - Baku TV

Siyasət
07 марта 2026 48 просмотров
Azərbaycanın Tehrandakı Səfirliyinin 9 əməkdaşı İrandan təxliyə olunub - Baku TV

Azərbaycanın Tehrandakı Səfirliyinin 9 əməkdaşı İrandan təxliyə olunub - Baku TV

Siyasət
07 марта 2026 48 просмотров
Nazir İranın Naxçıvana dron hücumlarını pisləyib - Baku TV

Nazir İranın Naxçıvana dron hücumlarını pisləyib - Baku TV

Siyasət
07 марта 2026 48 просмотров
DTX İrana işləyən terrorçuların "başını əzdi" - 24 SAAT

DTX İrana işləyən terrorçuların "başını əzdi" - 24 SAAT

Siyasət
07 марта 2026 48 просмотров
"TASNİM" kimlərin sifarişini yerinə yetirdi? | Naxçıvana hücuma saxta don geyindirənlərin ifşası

"TASNİM" kimlərin sifarişini yerinə yetirdi? | Naxçıvana hücuma saxta don geyindirənlərin ifşası

Siyasət
07 марта 2026 48 просмотров
Выбранные
icon