Выбрать плеер:

İlham Əliyev Somalinin yeni səfirinin etimadnaməsini qəbul edib - Baku TV

14 апреля 2026 38 просмотров

Prezident İlham Əliyev aprelin 14-də Somali Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abdinur Dahir Fidounu qəbul edib.

Səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Prezident İlham Əliyev səfirlə söhbət edib.

Qəbula görə minnətdarlığını bildirən Abdinur Dahir Fidou Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Hasan Şeyx Mahmuda çatdırmağı xahiş edib.

Dövlət başçısı ötən il ölkələrimiz arasında dostluq münasibətlərində yeni səhifə açmış Somali prezidentinin Azərbaycana rəsmi səfərini xatırladaraq, həmin səfər çərçivəsində ikitərəfli əlaqələrin inkişafı ilə bağlı səmərəli müzakirələrin aparıldığını, əməkdaşlığın genişləndirilməsi məqsədilə bir sıra sənədlərin imzalandığını vurğulayıb.

Azərbaycan Prezidenti ölkələrimiz arasında yaxşı siyasi münasibətlərin olduğunu deyərək, iqtisadi əməkdaşlığı genişləndirməyin önəminə toxunub. Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.

Somalinin Azərbaycanda səfiri təyin olunmasından məmnunluğunu bildirən Abdinur Dahir Fidou ölkələrimiz arasında münasibətlərin inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.

Söhbət zamanı ikitərəfli və çoxtərəfli formatlarda, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd edilib, son dövrlərdə təmasların intensivləşdiyi və qarşılıqlı səfərlərin sayının artdığı vurğulanıb.

Litva Respublikasının Baş nazirindən "Baku TV"yə özəl açıqlamalar - Baku TV

Litva Respublikasının Baş nazirindən "Baku TV"yə özəl açıqlamalar - Baku TV

Siyasət
14 апреля 2026 38 просмотров
ABŞ İrana uranın zənginləşdirməsinə 20 illik moratorium təklif edib: razılığa gəlmək şansı var?

ABŞ İrana uranın zənginləşdirməsinə 20 illik moratorium təklif edib: razılığa gəlmək şansı var?

Siyasət
14 апреля 2026 38 просмотров
Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfiri Prezidentin qəbulunda

Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfiri Prezidentin qəbulunda

Siyasət
14 апреля 2026 38 просмотров
İlham Əliyev Kolumbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

İlham Əliyev Kolumbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Siyasət
14 апреля 2026 38 просмотров
Prezident Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV

Prezident Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV

Siyasət
14 апреля 2026 38 просмотров
Azərbaycan-Kolumbiya əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub - Baku TV

Azərbaycan-Kolumbiya əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub - Baku TV

Siyasət
14 апреля 2026 38 просмотров
Prezident İlham Əliyev Somalinin yeni səfirini qəbul edib

Prezident İlham Əliyev Somalinin yeni səfirini qəbul edib

Siyasət
14 апреля 2026 38 просмотров
Azərbaycan vasitəsilə Rusiyadan Ermənistana nələr göndərildi? - Baku TV

Azərbaycan vasitəsilə Rusiyadan Ermənistana nələr göndərildi? - Baku TV

Siyasət
14 апреля 2026 38 просмотров
Somali, Esvatini və Kolumbiyanın ölkəmizdəki yeni səfirləri Prezidentin qəbulunda

Somali, Esvatini və Kolumbiyanın ölkəmizdəki yeni səfirləri Prezidentin qəbulunda

Siyasət
14 апреля 2026 38 просмотров
Prezident Somali, Esvatini və Kolumbiyanın ölkəmizdəki yeni səfirlərini qəbul etdi - Baku TV

Prezident Somali, Esvatini və Kolumbiyanın ölkəmizdəki yeni səfirlərini qəbul etdi - Baku TV

Siyasət
14 апреля 2026 38 просмотров
Выбранные
icon