Выбрать плеер:

İlham Əliyev Kolumbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

14 апреля 2026 52 просмотров

Prezident İlham Əliyev aprelin 14-də Kolumbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nelsi Rakel Munar Xaramiyonu qəbul edib.

Səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı Azərbaycanla Kolumbiyanın coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, ikitərəfli münasibətlərin yaxşı səviyyədə qurulduğunu deyib və müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməyin əhəmiyyətinə toxunub.

Prezident İlham Əliyev siyasi əlaqələrimizə əsaslanaraq iqtisadi, investisiyalar, turizm və digər sahələrdə münasibətləri dərinləşdirməyin önəmini vurğulayıb. Azərbaycan Prezidenti səfirə fəaliyyətində uğurlar arzulayıb.

Ölkəmizdə Kolumbiyanın ilk qadın səfiri olmasından şərəf hissi duyduğunu deyən Nelsi Rakel Munar Xaramiyo siyasi dialoqu və əlaqələrimizi möhkəmləndirmək, həmçinin əməkdaşlıq üçün yeni imkanların aşkarlanması istiqamətində səylə çalışacağını bildirib.

Səfir Kolumbiya tərəfindən Azərbaycanda ispan dilinin təşviqi məqsədilə bu dilin tədrisi üzrə kursların təşkil olunduğunu, azərbaycanlı tələbələrin və mütəxəssislərin bu proqramda fəal şəkildə iştirak etdiyini məmnunluqla vurğulayıb.

Söhbət zamanı ötən il Azərbaycanla Kolumbiya arasında "ASAN xidmət" modelinin bu ölkədə tətbiqi ilə bağlı anlaşma memorandumunun imzalandığı xatırlanıb.

Görüşdə Azərbaycanla Kolumbiya arasında kənd təsərrüfatı, ərazilərin minalardan təmizlənməsi, təhsil, mədəniyyət və digər sahələrdə münasibətləri genişləndirməklə bağlı fikir mübadiləsi aparılıb.

Скопировано
İran tunellərdən raket qurğularını çıxarır: yeni müharibəyə hazırlıq gedir? - AKTUAL GÜNDƏM

İran tunellərdən raket qurğularını çıxarır: yeni müharibəyə hazırlıq gedir? - AKTUAL GÜNDƏM

Siyasət
15 апреля 2026 52 просмотров
AZAL təyyarəsinin qəzası ilə bağlı məsələ həllini tapdı - Baku TV

AZAL təyyarəsinin qəzası ilə bağlı məsələ həllini tapdı - Baku TV

Siyasət
15 апреля 2026 52 просмотров
Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı vacib bəyanat - Baku TV CANLI

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı vacib bəyanat - Baku TV CANLI

Siyasət
15 апреля 2026 52 просмотров
"Dövlət-din münasibətlərində hüquqi və institusional mexanizmlər" mövzusu ilə bağlı tədbir - Baku TV

"Dövlət-din münasibətlərində hüquqi və institusional mexanizmlər" mövzusu ilə bağlı tədbir - Baku TV

Siyasət
15 апреля 2026 52 просмотров
Hörmüz blokadasının Azərbaycan iqtisadiyyatına təsiri: neft gəlirləri artsa da risklər böyüyür?

Hörmüz blokadasının Azərbaycan iqtisadiyyatına təsiri: neft gəlirləri artsa da risklər böyüyür?

Siyasət
15 апреля 2026 52 просмотров
Hörmüz boğazının blokadası necə təsir edir? | 15 aprel Dünya İncəsənət Günüdür - YENİ BİR SƏHƏR

Hörmüz boğazının blokadası necə təsir edir? | 15 aprel Dünya İncəsənət Günüdür - YENİ BİR SƏHƏR

Siyasət
15 апреля 2026 52 просмотров
Litva Respublikasının Baş nazirindən "Baku TV"yə özəl açıqlamalar - Baku TV

Litva Respublikasının Baş nazirindən "Baku TV"yə özəl açıqlamalar - Baku TV

Siyasət
14 апреля 2026 52 просмотров
ABŞ İrana uranın zənginləşdirməsinə 20 illik moratorium təklif edib: razılığa gəlmək şansı var?

ABŞ İrana uranın zənginləşdirməsinə 20 illik moratorium təklif edib: razılığa gəlmək şansı var?

Siyasət
14 апреля 2026 52 просмотров
Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfiri Prezidentin qəbulunda

Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfiri Prezidentin qəbulunda

Siyasət
14 апреля 2026 52 просмотров
Prezident Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV

Prezident Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV

Siyasət
14 апреля 2026 52 просмотров
Выбранные
icon