Выбрать плеер:
"Dövlət-din münasibətlərində hüquqi və institusional mexanizmlər" mövzusu ilə bağlı tədbir - Baku TV
Ağdam rayonunun Quzanlı qəsəbəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Dövlət-din münasibətlərində hüquqi və institusional mexanizmlər” mövzusunda regional konfrans keçirilib.
Konfransın açılışında çıxış edən rəsmilər dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən siyasətin əhəmiyyətini vurğulayıb, bu istiqamətdə hüquqi bazanın daim təkmilləşdirildiyini diqqətə çatdırıblar.
Konfrans çərçivəsində “Dəyişən dünyada dövlətin din siyasətinin prioritetləri” və “Dini radikalizm ictimai-siyasi sabitliyə təhdid kimi” mövzularında panel iclasları keçirilib.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən ölkənin müxtəlif bölgələrində bu kimi tədbirlərin təşkili davam etdirilir.
Скопировано
Тег #Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi используется
- "Azərbaycan nadir mədəniyyət mərkəzlərindən biridir ki..." - Bakıda mühüm forum - Baku TV
- Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin II Forumunun əhəmiyyəti açıqlandı - Baku TV
- Məktəblərdə yeni mərhələ | Dini-mənəvi dəyərlər təbliğ olunacaq - Baku TV
- Dini maarifləndirmə istiqamətində növbəti regional konfrans keçirilib - Baku TV
- Dini maarifləndirmə istiqamətində növbəti regional konfrans keçirilib
