Выбрать плеер:
Məktəblərdə yeni mərhələ | Dini-mənəvi dəyərlər təbliğ olunacaq - Baku TV
Elm və Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda konfrans keçirilib.
Konfrans yeniyetmə və gənclərin sağlam dini biliklərə yiyələnməsi, milli-mənəvi dəyərlərə və Vətənə sədaqət ruhunda böyüməsi, eyni zamanda yad dini-ideoloji təsirlərdən qorunması istiqamətində maarifləndirmə işlərinin sistemli təşkili məqsədi daşıyır.
Konfransda “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi: pedaqoji yanaşmalar və müasir təlim modelləri” və “Dini fanatizm, xurafat və radikalizmlə mübarizədə məktəbin maarifləndirici missiyası” adlı panellərdə müvafiq dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin iştirakı ilə müzakirələr aparılıb.
Скопировано
