Выбрать плеер:

"Son 20 ildə belə şey olmamışdı" | Bakıya güclü dolu yağmasının səbəbi üzə çıxdı - Baku TV

15 апреля 2026 222 просмотров

Aprelin 14-də Bakıya yağan dolu hər kəsi təəccübləndirdi. Mütəxəssislərin sözlərinə görə, bölgələrdə tez-tez rastlanan bu təbiət hadisəsi son 20-30 ildə paytaxt ərazisində müşahidə olunmamışdı.

Təbii olaraq insanlarda belə sual yaranır: Bakıda yenidən dolu gözlənilə bilərmi? Ümumiyyətlə bu barədə niyə Milli Hidrometeorologiya Xidməti proqnoz verməmişdi?

Coğrafiya elmləri doktoru Səid Cəfərov sözügedən məsələyə belə aydınlıq gətirib:

“Yaz ayları qeyri-stabil aylardır. Baş verən lokal prosesləri proqnozlaşdırmaq çox çətin məsələdir. Bakı və Abşeronun bəzi ərazilərinə dolu düşsə də, digər ərazilərdə müşahidə olunmaması konvektiv proseslərlə, yəni topa yağış buludları ilə əlaqədardır. Onlar müəyyən ölçüləri olan bir buludlardur. Harada ki həmin buludlar var idi, oraya dolu düşüb”.

Məsələ ilə bağlı Milli Hidrometeorologiya Xidmətindən isə bildirilib ki, Azərbaycanda dolu daha çox dağlıq və dağətəyi ərazilər üçün xarakterikdir. Abşeron yarımadasında isə dolu prosesləri nadir hallarda baş verir və adətən qısamüddətli olur:

“Ölkə ərazisində dolu hadisələri əsasən ilin isti yarısında, xüsusilə yaz aylarında müşahidə olunur və bəzi illərdə bu proses may-iyun aylarında da qeydə alınır”.

Mütəxəssislərin sözlərinə görə, rütubətin çoxluğu və havanın temperaturu yüksəldiyi üçün təkcə paytaxtda deyil, bütün bölgələrdə may və iyun aylarında bu cür yağıntıların güclənəcəyi gözlənilir.

Скопировано
Qarabağ Universitetinin Xocalı və Şuşada yeni fakültəsi açılacaq - Baku TV

Qarabağ Universitetinin Xocalı və Şuşada yeni fakültəsi açılacaq - Baku TV

Cəmiyyət
19 мая 2026 222 просмотров
Laçının sənaye müəssisələri | Yaxın gələcək üçün hansı planlar nəzərdə tutulub? - Baku TV

Laçının sənaye müəssisələri | Yaxın gələcək üçün hansı planlar nəzərdə tutulub? - Baku TV

Cəmiyyət
19 мая 2026 222 просмотров
Ağdamdan Xankəndiyə qədər yeni avtovağzalın tikintisi barədə açıqlama - Baku TV

Ağdamdan Xankəndiyə qədər yeni avtovağzalın tikintisi barədə açıqlama - Baku TV

Cəmiyyət
19 мая 2026 222 просмотров
Qurban bayramı ərəfəsində heyvan bazarında vəziyyət necədir? - Baku TV

Qurban bayramı ərəfəsində heyvan bazarında vəziyyət necədir? - Baku TV

Cəmiyyət
19 мая 2026 222 просмотров
KFC müştərilərə nə yedizdirir? - "Bunlar çox təhlükəlidir, çünki..." - Baku TV

KFC müştərilərə nə yedizdirir? - "Bunlar çox təhlükəlidir, çünki..." - Baku TV

Cəmiyyət
19 мая 2026 222 просмотров
Qubadakı Bayraq Muzeyindən maraqlı görüntülər - Baku TV

Qubadakı Bayraq Muzeyindən maraqlı görüntülər - Baku TV

Cəmiyyət
18 мая 2026 222 просмотров
Haluk Levent WUF13 çərçivəsində konsert proqramı ilə çıxış etdi - Baku TV

Haluk Levent WUF13 çərçivəsində konsert proqramı ilə çıxış etdi - Baku TV

Cəmiyyət
18 мая 2026 222 просмотров
Qurumuş bir ağac necə faciəyə səbəb ola bilər?

Qurumuş bir ağac necə faciəyə səbəb ola bilər?

Cəmiyyət
18 мая 2026 222 просмотров
"Ağrılarım olsa da..." | Məktəbə getmədən yüksək bal toplayan Nəcibənin hekayəsi - Baku TV

"Ağrılarım olsa da..." | Məktəbə getmədən yüksək bal toplayan Nəcibənin hekayəsi - Baku TV

Cəmiyyət
18 мая 2026 222 просмотров
Azərbaycanın aparıcı fotoxəbər agentliklərindən olan "PhotoStock" 5 yaşını qeyd edir - Baku TV

Azərbaycanın aparıcı fotoxəbər agentliklərindən olan "PhotoStock" 5 yaşını qeyd edir - Baku TV

Cəmiyyət
18 мая 2026 222 просмотров
Выбранные
icon