Выбрать плеер:

"İnsan bir də belə mağazaya girməz" | Mağazalar görün hansı yola əl atır - Baku TV

14 апреля 2026 165 просмотров

Bir çox istehlakçı həm mağazaların qarşısında, həm də sosial şəbəkələrdə “Mağaza bağlanır”, “Bütün mallar maya dəyərinə”, “Hər şey yarı qiymətinə” kimi cəlbedici reklamlarla qarşılaşır. Lakin mağazaya daxil olduqda əksər hallarda həmin qiymətlərin reallığı əks etdirmədiyi məlum olur. Bəzi mağazalar, sadəcə, müştəri cəlb etmək üçün bu cür elanlar yerləşdirir, alıcılar isə həmin reklamlara inanaraq qeyd olunan ünvanlara üz tuturlar.

Paytaxt sakinləri mövzu ilə bağlı Baku TV ilə fikirlərini bölüşüblər.

“Bir çox obyektdə yalandan bütün mallara böyük endirim elan olunur, lakin içəri daxil olanda bu endirimin yalnız bir-iki məhsula aid olduğunu görürsən. İnsanları cəlb etmək üçün belə strategiyalara əl atırlar, lakin bu, düzgün yanaşma deyil. Alıcı fırıldaqçılıqla üzləşdiyini hiss etdikdə bir daha həmin mağazaya daxil olmur”, – vətəndaşlardan biri söyləyib.

Məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib ki, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı və çaşqınlıq hissi yaratmamalıdır. Əmtəənin qiymətinin dəyişməsi haqqında reklamda kampaniyanın başlanma tarixi, müddəti, qiyməti dəyişdirilən əmtəələrin siyahısı və mövcud qiyməti göstərilməli, eləcə də məbləğin əvvəlki qiymətlə müqayisədə mütləq, yaxud nisbi ifadə ilə dəyişməsi qeyd olunmalıdır.

Qurumdan bildirilib ki, açıq məkandakı reklamlar istisna olmaqla reklam qanunvericiliyinin pozulması halları ilə üzləşən istehlakçılar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edə bilərlər. Agentlik daxil olan şikayətlər əsasında araşdırma apararaq qanun pozuntusu aşkar edildiyi təqdirdə müvafiq tədbirlər görür.

Скопировано
Qarabağ Universitetinin Xocalı və Şuşada yeni fakültəsi açılacaq - Baku TV

Qarabağ Universitetinin Xocalı və Şuşada yeni fakültəsi açılacaq - Baku TV

Cəmiyyət
19 мая 2026 165 просмотров
Laçının sənaye müəssisələri | Yaxın gələcək üçün hansı planlar nəzərdə tutulub? - Baku TV

Laçının sənaye müəssisələri | Yaxın gələcək üçün hansı planlar nəzərdə tutulub? - Baku TV

Cəmiyyət
19 мая 2026 165 просмотров
Ağdamdan Xankəndiyə qədər yeni avtovağzalın tikintisi barədə açıqlama - Baku TV

Ağdamdan Xankəndiyə qədər yeni avtovağzalın tikintisi barədə açıqlama - Baku TV

Cəmiyyət
19 мая 2026 165 просмотров
Qurban bayramı ərəfəsində heyvan bazarında vəziyyət necədir? - Baku TV

Qurban bayramı ərəfəsində heyvan bazarında vəziyyət necədir? - Baku TV

Cəmiyyət
19 мая 2026 165 просмотров
KFC müştərilərə nə yedizdirir? - "Bunlar çox təhlükəlidir, çünki..." - Baku TV

KFC müştərilərə nə yedizdirir? - "Bunlar çox təhlükəlidir, çünki..." - Baku TV

Cəmiyyət
19 мая 2026 165 просмотров
Qubadakı Bayraq Muzeyindən maraqlı görüntülər - Baku TV

Qubadakı Bayraq Muzeyindən maraqlı görüntülər - Baku TV

Cəmiyyət
18 мая 2026 165 просмотров
Haluk Levent WUF13 çərçivəsində konsert proqramı ilə çıxış etdi - Baku TV

Haluk Levent WUF13 çərçivəsində konsert proqramı ilə çıxış etdi - Baku TV

Cəmiyyət
18 мая 2026 165 просмотров
Qurumuş bir ağac necə faciəyə səbəb ola bilər?

Qurumuş bir ağac necə faciəyə səbəb ola bilər?

Cəmiyyət
18 мая 2026 165 просмотров
"Ağrılarım olsa da..." | Məktəbə getmədən yüksək bal toplayan Nəcibənin hekayəsi - Baku TV

"Ağrılarım olsa da..." | Məktəbə getmədən yüksək bal toplayan Nəcibənin hekayəsi - Baku TV

Cəmiyyət
18 мая 2026 165 просмотров
Azərbaycanın aparıcı fotoxəbər agentliklərindən olan "PhotoStock" 5 yaşını qeyd edir - Baku TV

Azərbaycanın aparıcı fotoxəbər agentliklərindən olan "PhotoStock" 5 yaşını qeyd edir - Baku TV

Cəmiyyət
18 мая 2026 165 просмотров
Выбранные
icon