Выбрать плеер:

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi - Baku TV

12 апреля 2026 13 просмотров

Fövqəladə Hallar Nazirliyi (FHN) bəzi ərazilərdə gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Müraciətdə qeyd olunur ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və arabir güclü külək əsəcəyi proqnozlaşdırılır:

“Qeyd olunanları nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır. Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Həmçinin kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.

Eləcə də intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Eyni zamanda ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenə yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır”.

Ev şəraitində hazırlanan kremlər təhlükə saçır? | Dermatoloqdan vacib açıqlama - Baku TV

Ev şəraitində hazırlanan kremlər təhlükə saçır? | Dermatoloqdan vacib açıqlama - Baku TV

Cəmiyyət
12 апреля 2026 13 просмотров
Şəhər həyatının insan beyninə təsiri

Şəhər həyatının insan beyninə təsiri

Cəmiyyət
12 апреля 2026 13 просмотров
Mal ətinin qadınlara faydası

Mal ətinin qadınlara faydası

Cəmiyyət
12 апреля 2026 13 просмотров
"Şəhər adamları buraya kənd deyirdilər" | "Vorovski" sakinləri ilə maraqlı reportaj - Baku TV

"Şəhər adamları buraya kənd deyirdilər" | "Vorovski" sakinləri ilə maraqlı reportaj - Baku TV

Cəmiyyət
12 апреля 2026 13 просмотров
Alimlərdən insanın genetik mənşəyinə dair yeni iddialar

Alimlərdən insanın genetik mənşəyinə dair yeni iddialar

Cəmiyyət
12 апреля 2026 13 просмотров
"Şirniyyatlar bişirib, qonşulara və qohumlara paylayırıq" | Pasxa bayramından görüntülər - Baku TV

"Şirniyyatlar bişirib, qonşulara və qohumlara paylayırıq" | Pasxa bayramından görüntülər - Baku TV

Cəmiyyət
12 апреля 2026 13 просмотров
Oğuz sakinlərinin yol problemi nə vaxt həll olunacaq? - Baku TV

Oğuz sakinlərinin yol problemi nə vaxt həll olunacaq? - Baku TV

Cəmiyyət
12 апреля 2026 13 просмотров
Bu gün pravoslav xristianları Pasxa bayramını qeyd edir - Baku TV

Bu gün pravoslav xristianları Pasxa bayramını qeyd edir - Baku TV

Cəmiyyət
12 апреля 2026 13 просмотров
52 mindən çox şagird buraxılış imtahanında iştirak edəcək - Baku TV CANLI

52 mindən çox şagird buraxılış imtahanında iştirak edəcək - Baku TV CANLI

Cəmiyyət
12 апреля 2026 13 просмотров
Nəqliyyat vasitələrində texniki baxış daha ciddi formaya keçir - Baku TV

Nəqliyyat vasitələrində texniki baxış daha ciddi formaya keçir - Baku TV

Cəmiyyət
12 апреля 2026 13 просмотров
Выбранные
icon