Выбрать плеер:

Oğuz sakinlərinin yol problemi nə vaxt həll olunacaq? - Baku TV

12 апреля 2026 21 просмотров

Oğuz rayonunun Ərmənət kəndinə gedən yol yararsız vəziyyətdədir.

Sakinlərin sözlərinə görə, kəndə aparan təxminən 3 kilometrlik yol uzun illərdir asfalt üzünə həsrət qalıb.

Xalxal kəndinə və Qaraməryəm–İsmayıllı–Şəki magistralına yeganə çıxış olan bu yolun bərbad vəziyyətdə olması əhalinin gündəlik həyatında ciddi çətinliklər yaradır.

Sakinlərdən biri bildirib ki, yolun vəziyyəti səbəbindən nə taksi, nə də qonaqlar rahat şəkildə gələ bilir:

“Bir neçə gün əvvəl qonaqlarım gəlmişdi, dedilər, az qalmışdı ki, yarı yoldan geri qayıdaq. Bu vəziyyətdə kənddə adam da qalmır, hamı köçüb gedir”.

“Yollarımız çox pis gündədir. Bu yollara hətta eşşək arabası belə yaramır. Üç kilometrlik yol elə də böyük məsafə deyil, amma aidiyyəti qurumlar bizə diqqət göstərmir”, – başqa bir sakin vurğulayıb.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Oğuz rayonunun Ərmənət kəndinə gedən yolun ümumi uzunluğu 2,8 kilometrdir.

Qurumun açıqlamasına görə, yolun 2 kilometrlik hissəsi Agentliyin, qalan 800 metrlik hissəsi isə bələdiyyənin balansındadır.

“Həmin yolun yenidən qurulması nəzərdə tutulur. Bununla bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Hazırda maliyyə vəsaitinin ayrılması gözlənilir. Vəsait ayrılan kimi yolda yenidənqurma işləri həyata keçiriləcək”, – məlumatda qeyd olunub.

Скопировано
Ev şəraitində hazırlanan kremlər təhlükə saçır? | Dermatoloqdan vacib açıqlama - Baku TV

Ev şəraitində hazırlanan kremlər təhlükə saçır? | Dermatoloqdan vacib açıqlama - Baku TV

Cəmiyyət
12 апреля 2026 21 просмотров
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi - Baku TV

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi - Baku TV

Cəmiyyət
12 апреля 2026 21 просмотров
Şəhər həyatının insan beyninə təsiri

Şəhər həyatının insan beyninə təsiri

Cəmiyyət
12 апреля 2026 21 просмотров
Mal ətinin qadınlara faydası

Mal ətinin qadınlara faydası

Cəmiyyət
12 апреля 2026 21 просмотров
"Şəhər adamları buraya kənd deyirdilər" | "Vorovski" sakinləri ilə maraqlı reportaj - Baku TV

"Şəhər adamları buraya kənd deyirdilər" | "Vorovski" sakinləri ilə maraqlı reportaj - Baku TV

Cəmiyyət
12 апреля 2026 21 просмотров
Alimlərdən insanın genetik mənşəyinə dair yeni iddialar

Alimlərdən insanın genetik mənşəyinə dair yeni iddialar

Cəmiyyət
12 апреля 2026 21 просмотров
"Şirniyyatlar bişirib, qonşulara və qohumlara paylayırıq" | Pasxa bayramından görüntülər - Baku TV

"Şirniyyatlar bişirib, qonşulara və qohumlara paylayırıq" | Pasxa bayramından görüntülər - Baku TV

Cəmiyyət
12 апреля 2026 21 просмотров
Bu gün pravoslav xristianları Pasxa bayramını qeyd edir - Baku TV

Bu gün pravoslav xristianları Pasxa bayramını qeyd edir - Baku TV

Cəmiyyət
12 апреля 2026 21 просмотров
52 mindən çox şagird buraxılış imtahanında iştirak edəcək - Baku TV CANLI

52 mindən çox şagird buraxılış imtahanında iştirak edəcək - Baku TV CANLI

Cəmiyyət
12 апреля 2026 21 просмотров
Nəqliyyat vasitələrində texniki baxış daha ciddi formaya keçir - Baku TV

Nəqliyyat vasitələrində texniki baxış daha ciddi formaya keçir - Baku TV

Cəmiyyət
12 апреля 2026 21 просмотров
Выбранные
icon