Выбрать плеер:

"Çəkilişi dayandırın, danışaq" | "188" yükdaşıma şirkəti insanların başına oyun açır? - Baku TV

10 апреля 2026 61 просмотров

Baku TV-nin qaynar xəttinə daxil olan kütləvi müraciətdə vətəndaşlar bildirirlər ki, “188” şirkətində çalışan işçilərə artıq aylardır ki, əməkhaqqı ödənilmir.

Onların sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə müraciət etsələr də, hələ də konkret nəticə əldə olunmayıb.

“Mən “188” yükdaşıma şirkətində dörd-beş aya yaxın işlədim. Orada maaşlar verilmirdi. Məcbur olub işdən çıxdıq. Altı sürücüyük, altımız da eyni şəkildə işdən çıxmışıq. Pulumuzu almaq üçün müraciət edirik, telefonlara cavab verilmir”, – şikayətçilərdən biri söyləyib.

Yaranmış vəziyyətlə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib ki, yalnız vətəndaş Bulatov Xaspolad Pənah oğlu tərəfindən əmək hüquqlarının pozulması barədə 10 mart 2026-cı il tarixində Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət daxil olub:

“Araşdırma çərçivəsində müraciətdə qeyd olunan halların dəqiqləşdirilməsi məqsədilə işəgötürəndən vətəndaşa aid müvafiq sənədlərin təqdim edilməsi tələb olunub. Müəssisə tərəfindən müvafiq sənədlər təqdim edildikdən sonra müraciətə baxılacaq və nəticə barədə vətəndaşa məlumat veriləcək.

Qeyd edək ki, müəssisə tərəfindən tələb olunan məlumat və sənədlər təqdim edilmədiyi təqdirdə işəgötürən qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunacaq”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə qeyd edilib ki, hazırda sözügedən məsələ ilə bağlı işçilərin müraciətləri əsasında ərazi üzrə polis orqanında araşdırma aparılır. Araşdırmanın nəticəsinə əsasən hüquqi tədbir görüləcək.

Скопировано
Bu gün pravoslav xristianları Pasxa bayramını qeyd edir - Baku TV

Bu gün pravoslav xristianları Pasxa bayramını qeyd edir - Baku TV

Cəmiyyət
12 апреля 2026 61 просмотров
52 mindən çox şagird buraxılış imtahanında iştirak edəcək - Baku TV CANLI

52 mindən çox şagird buraxılış imtahanında iştirak edəcək - Baku TV CANLI

Cəmiyyət
12 апреля 2026 61 просмотров
Nəqliyyat vasitələrində texniki baxış daha ciddi formaya keçir - Baku TV

Nəqliyyat vasitələrində texniki baxış daha ciddi formaya keçir - Baku TV

Cəmiyyət
12 апреля 2026 61 просмотров
Laçının “Bəylik Bağları”nda ağacəkmə aksiyası keçirilib - Baku TV

Laçının “Bəylik Bağları”nda ağacəkmə aksiyası keçirilib - Baku TV

Cəmiyyət
12 апреля 2026 61 просмотров
“Gəlini uşaq vaxtından seçmişik” | Bloger gəlin-qayınana - ARZUNUN VAXTI

“Gəlini uşaq vaxtından seçmişik” | Bloger gəlin-qayınana - ARZUNUN VAXTI

Cəmiyyət
11 апреля 2026 61 просмотров
Bakıda sahibkarlıq sahəsində yeniyetmə və uşaqlar üçün nəzərdə tutulmuş forum keçirilib - Baku TV

Bakıda sahibkarlıq sahəsində yeniyetmə və uşaqlar üçün nəzərdə tutulmuş forum keçirilib - Baku TV

Cəmiyyət
11 апреля 2026 61 просмотров
“Onlar ən böyük yalançılardır” - Nicat Kazımov niyə oğlu ilə eyni səhnədə olmaq istəmir? - QAPQARA

“Onlar ən böyük yalançılardır” - Nicat Kazımov niyə oğlu ilə eyni səhnədə olmaq istəmir? - QAPQARA

Cəmiyyət
11 апреля 2026 61 просмотров
“Bu, Bakıda istifadə olunan suyun təxminən 25 faizidir” | ADSEA sədri - Baku TV

“Bu, Bakıda istifadə olunan suyun təxminən 25 faizidir” | ADSEA sədri - Baku TV

Cəmiyyət
11 апреля 2026 61 просмотров
“Bu 30 faizin böyük hissəsi...” | Zaur Mikayılov Azərbaycanın su ehtiyatlarından danışdı - Baku TV

“Bu 30 faizin böyük hissəsi...” | Zaur Mikayılov Azərbaycanın su ehtiyatlarından danışdı - Baku TV

Cəmiyyət
11 апреля 2026 61 просмотров
“Mərhələli şəkildə həll olunacaq” | ADSEA sədri Dövlət Proqramının əhəmiyyətini vurğuladı - Baku TV

“Mərhələli şəkildə həll olunacaq” | ADSEA sədri Dövlət Proqramının əhəmiyyətini vurğuladı - Baku TV

Cəmiyyət
11 апреля 2026 61 просмотров
Выбранные
icon