“Gəlini uşaq vaxtından seçmişik” | Bloger gəlin-qayınana - ARZUNUN VAXTI
“Arzunun vaxtı” verilişinin yeni buraxılışının qonaqları sosial şəbəkələrdə paylaşımları ilə tanınan Turanə Yaqubova və gəlini Günay Yaqubova olub.
Günay həyat yoldaşı ilə uşaqlıqdan eyni məhəllədə böyüdüklərini və ailələrinin uzun illərdir bir-birini tanıdığını bildirib.
Onun sözlərinə görə, münasibətləri məktəb illərində başlayıb:
“Əvvəllər yoldaşımdan xoşum gəlmirdi. Zaman keçdikcə hiss etdim ki, onu sevirəm”.
Verilişdə qayınana-gəlin münasibətində müraciət forması da müzakirə olunub. Günay qayınanasına “ana” demədiyini qeyd edib:
“Biz rəfiqə kimiyik. Mən ona “xala” deyə müraciət edirəm. Turanə xala da ona “ana” deməyimi istəmir”.
Turanə xanım isə məsələyə münasibət bildirərək gəlininin ona “ana” deməsini vacib hesab etmədiyini qeyd edib:
“Fikirləşirəm ki, mənə “ana” deməsi, öz anasına xəyanət kimi çıxar. Gözəl münasibətimiz varsa, bir-birimizi başa düşürüksə, “ana” deməyə ehtiyac yoxdur”.
O həmçinin gəlininə münasibətindən də danışıb:
“Gəlinimi özüm yetişdirmişəm. Nəyin düz, nəyin səhv olduğunu izah etmək lazımdır. Onu da xoş niyyətlə, şirin dillə etməlisən”.
