Выбрать плеер:

Sakinlər bu problemdən cana doyub | "Maşın buna görə düşüb qırıldı..." - Baku TV

14 апреля 2026 31 просмотров

Şəmkir-Gədəbəy avtomobil yolunun böyük bir hissəsi uzun müddətdir yararsız vəziyyətdədir.

Xüsusilə Şəmkir rayonunun Çənlibel kəndi ərazisindən keçən hissədə sürücülər ciddi çətinliklərlə üzləşirlər. Yağışlı havalarda isə vəziyyət daha da ağırlaşır.

Yoldan mütəmadi istifadə edən sakinlərin sözlərinə görə, çala-çuxurlar və asfalt örtüyünün olmaması hərəkəti təhlükəli edir.

“Yol yoxdur, evə getmək üçün yanında sellofan gəzdirməlisən ki, maşınlar su etməsin”, – deyə sakinlərdən biri bildirib.

Digər sakin isə yolun vəziyyətinin Gədəbəy rayon mərkəzinə qədər bərbad olduğunu qeyd edib:

“Bu yolu bir neçə dəfə gedib-gələndən sonra mütləq avtomobili təmir etdirmək lazım gəlir. Yağışlı havada çala-çuxurlar görünmür, maşınlar da məcbur qalıb onların içi ilə hərəkət edir”.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Şəmkir-Gədəbəy avtomobil yolunda, o cümlədən Çənlibel kəndindən keçən hissədə mövcud vəziyyət nəzərə alınaraq cari təmir işlərinin aparılması planlaşdırılır.

Qurumun məlumatına görə, hava şəraiti asfalt-beton örtüyünün keyfiyyətli bərpasına imkan verən səviyyədə sabitləşdikdən sonra həmin ərazidə yaranmış qüsurlar aradan qaldırılacaq və hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə təmir işlərinə başlanılacaq.

"Yaratdığımız şərait səhvdir" | Piyadayönümlü Bakıda maşınlar üstün tutulur? - NECƏ OLMALIDIR?

"Yaratdığımız şərait səhvdir" | Piyadayönümlü Bakıda maşınlar üstün tutulur? - NECƏ OLMALIDIR?

Cəmiyyət
14 апреля 2026 31 просмотров
Azərbaycanda dağıdıcı zəlzələ əlaməti: Xəzərin səviyyəsinin düşməsi tektonik qırılma ilə bağlıdır?

Azərbaycanda dağıdıcı zəlzələ əlaməti: Xəzərin səviyyəsinin düşməsi tektonik qırılma ilə bağlıdır?

Cəmiyyət
14 апреля 2026 31 просмотров
Bu rayonda qar o həddə çatdı ki... | "Son illərdə belə şey olmamışdı" - Baku TV

Bu rayonda qar o həddə çatdı ki... | "Son illərdə belə şey olmamışdı" - Baku TV

Cəmiyyət
14 апреля 2026 31 просмотров
Daşınmaz əmlakı sığorta etdirənlərin sayı niyə azalıb? - Cərimə olsa da... - Baku TV

Daşınmaz əmlakı sığorta etdirənlərin sayı niyə azalıb? - Cərimə olsa da... - Baku TV

Cəmiyyət
14 апреля 2026 31 просмотров
"İnsan bir də belə mağazaya girməz" | Mağazalar görün hansı yola əl atır - Baku TV

"İnsan bir də belə mağazaya girməz" | Mağazalar görün hansı yola əl atır - Baku TV

Cəmiyyət
14 апреля 2026 31 просмотров
Xaricdə işləmək istəyən sakinin başına görün nə gəldi | "14 il həbs cəzası..." - Baku TV

Xaricdə işləmək istəyən sakinin başına görün nə gəldi | "14 il həbs cəzası..." - Baku TV

Cəmiyyət
14 апреля 2026 31 просмотров
Bazarda ağac və tinglərin qiyməti əl yandırır? - "Bunlar bahadır, çünki..." - Baku TV

Bazarda ağac və tinglərin qiyməti əl yandırır? - "Bunlar bahadır, çünki..." - Baku TV

Cəmiyyət
14 апреля 2026 31 просмотров
Üzdəki piqment ləkələrinin gözlənilməz səbəbi

Üzdəki piqment ləkələrinin gözlənilməz səbəbi

Cəmiyyət
14 апреля 2026 31 просмотров
Sürücülərə təhlükəli anlar yaşadan körpü | Vəziyyətlə bağlı qurum nə cavab verdi? - Baku TV

Sürücülərə təhlükəli anlar yaşadan körpü | Vəziyyətlə bağlı qurum nə cavab verdi? - Baku TV

Cəmiyyət
14 апреля 2026 31 просмотров
Çiyələklərə kimyəvi maddələr vurulur? | AQTA yayılan görüntülərlə bağlı açıqlama verdi - Baku TV

Çiyələklərə kimyəvi maddələr vurulur? | AQTA yayılan görüntülərlə bağlı açıqlama verdi - Baku TV

Cəmiyyət
14 апреля 2026 31 просмотров
Выбранные
icon