Выбрать плеер:

Bazarda ağac və tinglərin qiyməti əl yandırır? - "Bunlar bahadır, çünki..." - Baku TV

14 апреля 2026 41 просмотров

Son dövrlərdə bazarlarda zeytun, badam və digər meyvə ağaclarının tinglərinə maraq artıb. Lakin vətəndaşlar qiymətlərin əvvəlki illərlə müqayisədə bahalaşdığını bildirirlər.

“İstər meyvə ağacları olsun, istər güllər olsun, qiymətlər çox bahadır”, – sakinlərdən biri bildirib.

Başqa bir sakin isə qeyd edib ki, qiymətlər daha münasib olarsa, yaşıllaşdırmaya maraq daha da artar: “Daha münasib olsa, hamı alar, istifadə edər. Qiymətlər baha olanda bir az geri çəkilirəm, almıram, çünki büdcəmə uyğun olmur”.

Gül bazarlarında aparılan müşahidələr zamanı bəzi tinglərin münasib qiymətə təklif olunduğu, iri və yetişmiş ağacların isə xeyli baha satıldığı məlum olub.

Satıcıların sözlərinə görə, tinglərin qiyməti 3 manat 50 qəpikdən başlayır və növünə, keyfiyyətinə görə dəyişir. Amma ağacın yaşına görə qiymət də artır. Belə ki, artıq yetişmiş, meyvə verən zeytun ağaclarının qiyməti 50 min manatdan başlayır.

Mərkəzi Nəbatat Bağının Oduncaqlı bitkilər laboratoriyasının müdiri Asif Mehrəliyev bildirir ki, tinglərin qiyməti əsasən növündən, yaşından və çıxarılma üsulundan asılıdır. Onun sözlərinə görə, iki yaşdan yuxarı tinglər daha baha satılır. Əgər bitki torpaqla birlikdə, yəni kök sistemi qorunaraq çıxarılıbsa, onun qiyməti daha yüksək olur.

Asif Mehrəliyev qeyd edib ki, nadir tapılan bitkilər – xartut, zoğal, keyfiyyətli və kağız qabıq badam növləri həmişə baha olub. Bunun səbəbi həmin bitkilərin az tapılması, çoxaldılmasının və yetişdirilməsinin çətin olmasıdır.

Ekspertlər tövsiyə edirlər ki, alıcılar yalnız qiymətə deyil, tingin keyfiyyətinə və iqlimə uyğunluğuna da diqqət yetirsinlər. Əks halda, baha alınan ting gözlənilən nəticəni verməyə bilər.

Скопировано
"Yaratdığımız şərait səhvdir" | Piyadayönümlü Bakıda maşınlar üstün tutulur? - NECƏ OLMALIDIR?

"Yaratdığımız şərait səhvdir" | Piyadayönümlü Bakıda maşınlar üstün tutulur? - NECƏ OLMALIDIR?

Cəmiyyət
14 апреля 2026 41 просмотров
Sakinlər bu problemdən cana doyub | "Maşın buna görə düşüb qırıldı..." - Baku TV

Sakinlər bu problemdən cana doyub | "Maşın buna görə düşüb qırıldı..." - Baku TV

Cəmiyyət
14 апреля 2026 41 просмотров
Azərbaycanda dağıdıcı zəlzələ əlaməti: Xəzərin səviyyəsinin düşməsi tektonik qırılma ilə bağlıdır?

Azərbaycanda dağıdıcı zəlzələ əlaməti: Xəzərin səviyyəsinin düşməsi tektonik qırılma ilə bağlıdır?

Cəmiyyət
14 апреля 2026 41 просмотров
Bu rayonda qar o həddə çatdı ki... | "Son illərdə belə şey olmamışdı" - Baku TV

Bu rayonda qar o həddə çatdı ki... | "Son illərdə belə şey olmamışdı" - Baku TV

Cəmiyyət
14 апреля 2026 41 просмотров
Daşınmaz əmlakı sığorta etdirənlərin sayı niyə azalıb? - Cərimə olsa da... - Baku TV

Daşınmaz əmlakı sığorta etdirənlərin sayı niyə azalıb? - Cərimə olsa da... - Baku TV

Cəmiyyət
14 апреля 2026 41 просмотров
"İnsan bir də belə mağazaya girməz" | Mağazalar görün hansı yola əl atır - Baku TV

"İnsan bir də belə mağazaya girməz" | Mağazalar görün hansı yola əl atır - Baku TV

Cəmiyyət
14 апреля 2026 41 просмотров
Xaricdə işləmək istəyən sakinin başına görün nə gəldi | "14 il həbs cəzası..." - Baku TV

Xaricdə işləmək istəyən sakinin başına görün nə gəldi | "14 il həbs cəzası..." - Baku TV

Cəmiyyət
14 апреля 2026 41 просмотров
Üzdəki piqment ləkələrinin gözlənilməz səbəbi

Üzdəki piqment ləkələrinin gözlənilməz səbəbi

Cəmiyyət
14 апреля 2026 41 просмотров
Sürücülərə təhlükəli anlar yaşadan körpü | Vəziyyətlə bağlı qurum nə cavab verdi? - Baku TV

Sürücülərə təhlükəli anlar yaşadan körpü | Vəziyyətlə bağlı qurum nə cavab verdi? - Baku TV

Cəmiyyət
14 апреля 2026 41 просмотров
Çiyələklərə kimyəvi maddələr vurulur? | AQTA yayılan görüntülərlə bağlı açıqlama verdi - Baku TV

Çiyələklərə kimyəvi maddələr vurulur? | AQTA yayılan görüntülərlə bağlı açıqlama verdi - Baku TV

Cəmiyyət
14 апреля 2026 41 просмотров
Выбранные
icon