İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyində olublar - Baku TV
Prezident İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 23-də Şuşada Bülbülün ev-muzeyində olublar.
Milli Məclisin deputatı Polad Bülbüloğlu ali qonağa Bülbülün ev-muzeyi barədə məlumat verib.
Bildirib ki, atasının anadan olduğu və uşaqlıq illərini keçirdiyi bu ev Ulu Öndərin göstərişi ilə Şuşa Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 1982-ci ildə qəbul etdiyi qərarla Bülbülün ev-muzeyinə çevrilib.
1982-1983-cü illərdə təmir olunan binada muzey ekspozisiyası qurulub və önündə inzibati bina tikilib. Şuşanın işğalı zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandıran ev-muzeyinin bərpasına digər tarixi-mədəni abidələrimiz kimi, qədim şəhərimizin işğaldan azad olunmasından sonra başlanılıb. Həyətdə Bülbülün yeni büstü ucaldılıb.
Bununla yanaşı, Şuşanın işğalı dövründə vandalizmə məruz qalmış büst də erməni işğalçılarının mədəni irsimizə qarşı törədilmiş cinayətlərinin əyani sübutu kimi burada saxlanılır.
Тег #İlham Əliyev используется
- Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatdı - Baku TV
- Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birgə nahar etdilər - Baku TV
- Azərbaycan və Türkmənistan prezidentləri Şuşada Cıdır düzündə olublar - Baku TV
- Azərbaycan və Türkmənistan prezidentləri Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisi ilə tanış oldular
- Azərbaycan və Türkmənistan prezidentləri Şuşa şəhərindəki birinci yaşayış kompleksində - Baku TV
