Выбрать плеер:

İrandakı dəyişikliklər dünyaya necə səs salacaq? - Azərbaycanı gözləyən ssenari - Baku TV

09 января 2026 72 просмотров

“Cənubi Qafqazın da daxil olduğu Xəzər-Qara dəniz regionu, Azərbaycanla birbaşa əlaqəli olan Böyük Yaxın Şərq meqaregionu ciddi dəyişikliklər mərhələsinə qədəm qoyub. Əvvəl astanasında idik, amma artıq yeni epoxal dəyişikliklər mərhələsindəyik”.

Bunu politoloq Zaur İbrahimli deyib.

Ekspert bildirib ki, Azərbaycan üçün risk və imkanlar da artır:

“Azərbaycan bu mürəkkəb coğrafiyada artıq periferik oyunçu deyil, proseslərə fəal təsir potensialı olan “geosiyasi qovşaq” statusundadır. Azərbaycan üçün risk və imkanlar da artır. İranda baş verən hadisələr ölkəni əhəmiyyətli dərəcədə dəyişəcək.

Bu transformasiya artıq tarixi zərurətdir. Transformasiya ssenarilərinin hansının reallaşması bilavasitə bütün Yaxın Şərq və Cənubi Qafqaza təsir göstərəcək. Azərbaycan bu prosesdən daha da güclənərək çıxa bilər.

Bu istiqamətdə Bakı-Ankara koordinasiyası həyati vacib əhəmiyyətə malikdir. Azərbaycan və Türkiyə üçün İranda dünyəvi, respublika idarəetmə modelinə tədricən keçid və konstitusion islahatların həyata keçirilməsi, ölkənin daxili və ərazi bütövlüyünün saxlanılması strateji vacib məsələdir.

İranda bütün xalqlar və soydaşlarımızın haqq və hüquqlarının təmin edildiyi, qorunduğu, milli birliyi, həmrəyliyi əsas götürən siyasi rejimin qurulması bölgəmizdə geosiyasi tarazlığı qorumaq üçün çox vacibdir”.

Zaur İbrahimlinin fikrincə, bu dəyişiklik İranı regionda Azərbaycan və Türkiyə, həmçinin digər qonşularla konstruktiv əməkdaşlıq edən strateji tərəfdaşa çevirəcək:

“İranın tamamilə xarici idarəetmədən asılı vəziyyətə düşməsi qətiyyən yolverilməzdir. Fars millətçiliyinin yeni formada dirçəlişi qətiyyən arzuolunmazdır. İranın rifah və inkişafı fars millətçiliyi, teokratik avtoritarizm modellərindən tamamilə imtinadan keçir. Əks halda parçalanma prosesləri reallığa çevriləcək, bütün Yaxın Şərqi partladacaq proseslər start götürə bilər. İndi XIX-XX əsr deyil və müstəqil, güclü Azərbaycan Respublikası tarix səhnəsində ön plandadır”.

Скопировано
İrəvan xalçaları nə ilə fərqlənir və niyə bu qədər dəyərlidir? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

İrəvan xalçaları nə ilə fərqlənir və niyə bu qədər dəyərlidir? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
10 января 2026 72 просмотров
Çin və Rusiya faktoru fonunda Hərbiləşən Türk birliyi realdırmı? | ANALİTİK BAXIŞ

Çin və Rusiya faktoru fonunda Hərbiləşən Türk birliyi realdırmı? | ANALİTİK BAXIŞ

Siyasət
10 января 2026 72 просмотров
Yanacaq idxalı uzunmüddətli proses kimi dəyərləndirilir - Baku TV

Yanacaq idxalı uzunmüddətli proses kimi dəyərləndirilir - Baku TV

Siyasət
10 января 2026 72 просмотров
Arzu və Alena Əliyevalar həssas əhali qruplarından olan şəxsləri ziyarət etdilər - Baku TV

Arzu və Alena Əliyevalar həssas əhali qruplarından olan şəxsləri ziyarət etdilər - Baku TV

Siyasət
10 января 2026 72 просмотров
Mişenko və Mərdəliyev görüşdü: Suverenlik və ikitərəfli əməkdaşlıq müzakirə olundu - Baku TV

Mişenko və Mərdəliyev görüşdü: Suverenlik və ikitərəfli əməkdaşlıq müzakirə olundu - Baku TV

Siyasət
10 января 2026 72 просмотров
"Babam araba ilə Gəncəyə, böyük qardaşı isə Türkiyəyə qaçıb"  | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

"Babam araba ilə Gəncəyə, böyük qardaşı isə Türkiyəyə qaçıb" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
09 января 2026 72 просмотров
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü həyata keçirildi - Baku TV

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü həyata keçirildi - Baku TV

Siyasət
09 января 2026 72 просмотров
Azərbaycan və Səudiyyə Ərəbistanı enerji əməkdaşlığı | "Trampın son addımları..." - YENİ BİR SƏHƏR

Azərbaycan və Səudiyyə Ərəbistanı enerji əməkdaşlığı | "Trampın son addımları..." - YENİ BİR SƏHƏR

Siyasət
09 января 2026 72 просмотров
Türk dövlətləri birgə təlimlərlə təhlükəsizlik balansını öz xeyrinə dəyişər - Baku TV

Türk dövlətləri birgə təlimlərlə təhlükəsizlik balansını öz xeyrinə dəyişər - Baku TV

Siyasət
09 января 2026 72 просмотров
Vaşinqton anlaşması Qərbi Azərbaycan məsələsini necə dəyişdi? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Vaşinqton anlaşması Qərbi Azərbaycan məsələsini necə dəyişdi? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
08 января 2026 72 просмотров
Выбранные
icon