Выбрать плеер:

Leyla Əliyeva Omana səfəri çərçivəsində bir sıra görüşlər keçirdi - Baku TV

06 января 2026 75 просмотров

Leyla Əliyevanın Omana səfəri davam edir.

Omana səfəri çərçivəsində Leyla Əliyeva Oman Sultanlığının Vəliəhdi, mədəniyyət, idman və gənclər naziri Sayyid Theyazin bin Haitham Al Saidlə görüşüb.

Leyla Əliyeva Azərbaycanda mədəniyyətin və tarixi irsin qorunması, təbliği, eləcə də gənclər və idman siyasəti ilə bağlı dövlət tərəfindən həyata keçirilən ardıcıl tədbirlərdən danışıb. Oman Sultanlığının Vəliəhdi Azərbaycan ilə əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirib.

Görüşdə Azərbaycan ilə Oman arasında dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyəsindən məmnunluq bildirilib, münasibətlərimizin gələcəkdə daha da genişlənəcəyinə əminlik ifadə edilib.

Leyla Əliyeva Maskat şəhərində Omanın Turizmin İnkişafı Şirkətində bu qurum tərəfindən həyata keçirilən layihələrlə tanış olub.

2025-ci ildə yaradılmış bu şirkət Sultanlığın əsas turizm inkişaf şirkətlərindən biridir və ölkənin turizm imkanlarını dünya səviyyəsində tanıtmaq, onun iqtisadiyyatını şaxələndirmək məqsədi daşıyır.

Maskata səfəri çərçivəsində Leyla Əliyeva Sultan Qabus Böyük Məscidini ziyarət edib.

Mərhum Sultan Qabus bin Səidin təşəbbüsü ilə inşa edilən və 2001-ci ildə açılan məscid ölkənin ən möhtəşəm dini-memarlıq abidələrindən biridir. Təxminən 20 min nəfərin ibadət edə bildiyi məscid Maskatın memarlıq rəmzinə çevrilib.

Скопировано
İrəvan xalçaları nə ilə fərqlənir və niyə bu qədər dəyərlidir? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

İrəvan xalçaları nə ilə fərqlənir və niyə bu qədər dəyərlidir? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
10 января 2026 75 просмотров
Çin və Rusiya faktoru fonunda Hərbiləşən Türk birliyi realdırmı? | ANALİTİK BAXIŞ

Çin və Rusiya faktoru fonunda Hərbiləşən Türk birliyi realdırmı? | ANALİTİK BAXIŞ

Siyasət
10 января 2026 75 просмотров
Yanacaq idxalı uzunmüddətli proses kimi dəyərləndirilir - Baku TV

Yanacaq idxalı uzunmüddətli proses kimi dəyərləndirilir - Baku TV

Siyasət
10 января 2026 75 просмотров
Arzu və Alena Əliyevalar həssas əhali qruplarından olan şəxsləri ziyarət etdilər - Baku TV

Arzu və Alena Əliyevalar həssas əhali qruplarından olan şəxsləri ziyarət etdilər - Baku TV

Siyasət
10 января 2026 75 просмотров
Mişenko və Mərdəliyev görüşdü: Suverenlik və ikitərəfli əməkdaşlıq müzakirə olundu - Baku TV

Mişenko və Mərdəliyev görüşdü: Suverenlik və ikitərəfli əməkdaşlıq müzakirə olundu - Baku TV

Siyasət
10 января 2026 75 просмотров
"Babam araba ilə Gəncəyə, böyük qardaşı isə Türkiyəyə qaçıb"  | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

"Babam araba ilə Gəncəyə, böyük qardaşı isə Türkiyəyə qaçıb" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
09 января 2026 75 просмотров
İrandakı dəyişikliklər dünyaya necə səs salacaq? - Azərbaycanı gözləyən ssenari - Baku TV

İrandakı dəyişikliklər dünyaya necə səs salacaq? - Azərbaycanı gözləyən ssenari - Baku TV

Siyasət
09 января 2026 75 просмотров
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü həyata keçirildi - Baku TV

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü həyata keçirildi - Baku TV

Siyasət
09 января 2026 75 просмотров
Azərbaycan və Səudiyyə Ərəbistanı enerji əməkdaşlığı | "Trampın son addımları..." - YENİ BİR SƏHƏR

Azərbaycan və Səudiyyə Ərəbistanı enerji əməkdaşlığı | "Trampın son addımları..." - YENİ BİR SƏHƏR

Siyasət
09 января 2026 75 просмотров
Türk dövlətləri birgə təlimlərlə təhlükəsizlik balansını öz xeyrinə dəyişər - Baku TV

Türk dövlətləri birgə təlimlərlə təhlükəsizlik balansını öz xeyrinə dəyişər - Baku TV

Siyasət
09 января 2026 75 просмотров
Выбранные
icon