İşğaldan azad edilən ərazilərdə nə qədər insan yaşayır?
"Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərə 22 milyard manata yaxın pul xərcləyib. Bu da Ermənistanın dövlət büdcəsinin gəlirlərindən iki dəfə, Gürcüstanın dövlət büdcəsinin gəlirlərindən isə 1,4 dəfə çoxdur".
Bunu Milli Məclisin deputatı Tahir Mirkişili parlamentin bugünkü plenar iclasında "2026-cı ilin dövlət büdcəsi haqqında" qanun layihəsinin ikinci oxunuşuna dair müzakirədə bildirib.
Deputat qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə hazırda 62 mindən çox vətəndaşımız yaşayır. Təkcə Laçında isə 5 mindən çox sakin məskunlaşıb.
O əlavə edib ki, indiyə qədər Ağdam və "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parklarında ümumi dəyəri 500 milyon manata yaxın məhsul istehsal olunub. Təkcə bu iki sənaye parkında minə yaxın insan çalışır.
