İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması | “Ağıllı idarəçilik prinsipləri...” - Baku TV
“Müasir nəqliyyat dəhlizləri məskunlaşma proseslərinə, sənaye inkişafına, əmək mobilliyinə, investisiya hədəflərinə, mənzil tələbatına və iqlim dayanıqlılığına eyni vaxtda təsir göstərir”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Əlaqələndirmənin mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq” mövzusunda keçirilən tədbirdə deyib.
Ceyhun Bayramov qeyd edib ki, davamlı və düzgün planlaşdırılmış şəhərlər uzunmüddətli iqtisadi və sosial faydaların təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
O vurğulayıb ki, Azərbaycan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa işləri həyata keçirir.
Nazirin sözlərinə görə, şəhər, qəsəbə və kəndlər davamlılıq, “ağıllı” idarəetmə, yaşıl enerji, iqlim dayanıqlılığı və insan mərkəzli şəhərsalma prinsipləri əsasında yenidən qurulur.
Тег #Xarici İşlər Nazirliyi используется
- Ceyhun Bayramov işğaldan azad olunan ərazilərdəki mina təhdidindən danışdı - Baku TV
- Ermənistanda seçki öncəsi gərginlik: Azərbaycana qarşı revanşizm artır? - Baku TV
- Azərbaycan XİN-dən Rusiyaya xəbərdarlıq - ANA XƏBƏR
- Azərbaycan XİN-dən Rusiyaya etiraz | Nə baş verdi? - Baku TV
- Ceyhun Bayramov və Kaya Kallas əməkdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirib - Baku TV
