Выбрать плеер:
Kommunikasiyaların açılması regionda sülhə xidmət edəcək | Paşinyandan vacib açıqlamalar
Ermənistan Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasında etdiyi çıxışda regionda sülhün bərqərar olması üçün kommunikasiyaların açılmasının vacibliyini vurğulayıb. Paşinyan bu addımın yalnız iqtisadi deyil, həm də siyasi əhəmiyyətini qeyd edərək, sərhədlərin demarkasiyası və delimitasiyası prosesinin region dövlətləri arasında etimadı gücləndirəcəyini bildirib. Onun sözlərinə görə, bütün nəqliyyat və iqtisadi əlaqələrin bərpası Cənubi Qafqazda daimi sülhün əldə edilməsinə xidmət edəcək.
Скопировано
