Выбрать плеер:

Leyla Əliyeva Əbu-Dabidə "İnsan Qardaşlığı Məclisi" tədbirində iştirak edib

04 февраля 2026 75 просмотров

Leyla Əliyeva Əbu-Dabidəki Zayed Milli Muzeyində "İnsan Qardaşlığı Məclisi" ("Human Fraternity Majlis") adlı tədbirdə iştirak edib.

Əvvəlcə Birləşmiş Ərəb Əmirliklərinin tolerantlıq naziri Şeyx Nəhyan Mübarək Al Nəhyanın videomüraciəti nümayiş olunub. Sonra Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam, Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva çıxış ediblər.

Kardinal Corc Koovakad Papa XIV Leonun tədbir iştirakçılarına ünvanladığı məktubunu oxuyub. "Zayed İnsan Qardaşlığı Mükafatı" barədə videoçarx nümayiş olunub.

"Qadın liderliyi insan qardaşlığının təməlidir" adlı panel sessiyada İndoneziyanın keçmiş prezidenti və Zayed mükafatı münsiflər heyətinin üzvü Meqavati Sukarnoputri, Livanın birinci xanımı Nehmat Aoun, Kolumbiyanın birinci xanımı Veronika Alkoser Qarsiya çıxış ediblər.

Leyla Əliyeva Azərbaycanda fərqli mədəniyyətlərə, dinlərə və ənənələrə hörmətin hər zaman həyat tərzinin ayrılmaz hissəsi olduğunu bildirib. O, uşaqların mehriban mühitdə və ali ailə dəyərləri ilə böyüdüklərini, bunun isə onları gələcəkdə güclü şəxsiyyət kimi formalaşdırdığını vurğulayıb.

Heydər Əliyev Fondunun fəaliyyəti haqqında danışan Leyla Əliyeva fond tərəfindən təkcə Azərbaycanda deyil, həm də Pakistan, Gürcüstan, Bosniya və Herseqovinada bir çox məktəblərin tikildiyini və ya əsaslı təmir edildiyini bildirib. Yeni texnologiyaların inkişafı ilə təhsil sisteminin də dəyişməsinin vacibliyini vurğulayan Leyla Əliyeva bu prosesin artıq başladığını deyib.

Leyla Əliyeva qeyd edib ki, həm valideynlər, həm də müəllimlər uşaqlara daha çox dəyər verməli, onlara hörmətlə yanaşmalı, onları dinləməyi bacarmalıdırlar. Uşaqları sosial medianın mənfi təsirlərindən qorumağın əhəmiyyətinə toxunan Leyla Əliyeva hazırda Azərbaycanda beynəlxalq təcrübəyə əsaslanaraq yetkinlik yaşına çatmayanları zərərli məlumatlardan qorumağın yollarının araşdırıldığını bildirib. 

Скопировано
Bir sıra müəssisələr və şəhid ailəsi ziyarət olundu - Baku TV

Bir sıra müəssisələr və şəhid ailəsi ziyarət olundu - Baku TV

Siyasət
08 февраля 2026 75 просмотров
İkimərtəbəli evlər: 5000 il əvvəlki həyat necə idi? - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

İkimərtəbəli evlər: 5000 il əvvəlki həyat necə idi? - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
07 февраля 2026 75 просмотров
Adları açıqlanan şəxslər həbs ediləcək? - ANALİTİK BAXIŞ

Adları açıqlanan şəxslər həbs ediləcək? - ANALİTİK BAXIŞ

Siyasət
07 февраля 2026 75 просмотров
Ceyhun Bayramov Pakistanın XİN rəhbəri ilə nələri müzakirə etdi? - Baku TV

Ceyhun Bayramov Pakistanın XİN rəhbəri ilə nələri müzakirə etdi? - Baku TV

Siyasət
07 февраля 2026 75 просмотров
Azərbaycan-Türkiyə Pediatrik Revmatologiya Konfransı keçirildi - Baku TV

Azərbaycan-Türkiyə Pediatrik Revmatologiya Konfransı keçirildi - Baku TV

Siyasət
07 февраля 2026 75 просмотров
Məsciddə terror aktı törədildi | Azərbaycan XİN Pakistana başsağlığı verdi - Baku TV

Məsciddə terror aktı törədildi | Azərbaycan XİN Pakistana başsağlığı verdi - Baku TV

Siyasət
06 февраля 2026 75 просмотров
Milli Olimpiya Komitəsi ziddiyyətlə bağlı müraciət ünvanlayıb - Baku TV

Milli Olimpiya Komitəsi ziddiyyətlə bağlı müraciət ünvanlayıb - Baku TV

Siyasət
06 февраля 2026 75 просмотров
"Dördyaşlı kiçik oğlum qarda 14 kilometr piyada gəldi" - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

"Dördyaşlı kiçik oğlum qarda 14 kilometr piyada gəldi" - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
06 февраля 2026 75 просмотров
Zatulinin bəyanatına rəsmi Bakıdan etiraz | Rusiya səfiri XİN-ə çağırıldı - Baku TV

Zatulinin bəyanatına rəsmi Bakıdan etiraz | Rusiya səfiri XİN-ə çağırıldı - Baku TV

Siyasət
06 февраля 2026 75 просмотров
İranlı nazirin başçılıq etdiyi nümayəndə heyəti Prezidentin qəbulunda - Baku TV

İranlı nazirin başçılıq etdiyi nümayəndə heyəti Prezidentin qəbulunda - Baku TV

Siyasət
06 февраля 2026 75 просмотров
Выбранные
icon