Выбрать плеер:
Meksikanın İrandakı səfirliyi fəaliyyətini Bakıda davam etdirəcək - Baku TV
“Hökumətim mənə göstəriş verib ki, səfirliyimizi Azərbaycan hökumətinin və Azərbaycanın Meksika səfirliyinin dəstəyi ilə burada yerləşdirək. Buna görə də mən və komandam buradayıq”.
Bunu Meksikanın İrandakı səfiri Guillermo Alejandro Puente Ordorica Baku TV-yə açıqlamasında bildirib.
Səfir İranda vəziyyətin mürəkkəb olduğunu vurğulayaraq sözlərinə əlavə edib:
“Azərbaycan çox dost ölkədir. Meksika ilə Azərbaycan arasında çox yaxşı, ikitərəfli münasibətlər mövcuddur. Mən tez-tez Azərbaycana gəlirəm. İran səfirinin vəzifəsində olduğum illərdə də buraya bir neçə dəfə gəlmişəm. Lakin bu dəfə komandamla birlikdə Bakıda işləməyə, İrandakı Meksika icmasına dəstək verməyə gəlmişəm”.
Скопировано
