Выбрать плеер:

Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzi fəaliyyətə başlayır - Baku TV

08 апреля 2026 95 просмотров

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 8-də Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak ediblər.

Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Samir Rzayev dövlət başçısına və birinci xanıma mərkəzin fəaliyyəti barədə məlumat veriblər.

Bildirilib ki, Beynəlxalq Təlim Mərkəzi "Azərbaycan Hava Yolları" QSC-nin təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının ərazisində yaradılıb.

Mərkəz uçuş heyətinin fövqəladə vəziyyətlər üzrə hazırlığı, həmçinin hava hərəkətini idarəetmə dispetçerlərinin nəzəri və praktiki təlimi üçün nəzərdə tutulub.

Yeni kompleksdə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) və Avropa İttifaqı Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) tələblərinə uyğun olaraq "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin dispetçerləri hazırlanacaq. Bunun üçün bu sahədə dünyanın qabaqcıl aeronaviqasiya təhsil mərkəzlərindən olan Alman Aeronaviqasiya Akademiyasının (DFS) təhsil proqramı əsasında Aeronaviqasiya Təlim Mərkəzi fəaliyyət göstərəcək.

Burada Heydər Əliyev Beynəlxalq Hava Limanının 360 dərəcə panoramını əks etdirən TWR qüllə simulyatoru, həmçinin hava məkanının idarə edilməsi üzrə radar simulyator kompleksi quraşdırılıb. Bu sistemlər dispetçerlərin real əməliyyat şəraitində hazırlanması üçün imkan yaradır.

Mərkəzdə həmçinin hava limanlarında real iş şəraitinə uyğun müxtəlif xüsusi avtonəqliyyat vasitələri sürücülərinin bacarıqlarının təkmilləşdirilməsinə imkan verən müasir təlim trenajoru kompleksi quraşdırılıb.

Beynəlxalq Təlim Mərkəzində hər il hava hərəkətini idarəetmə üzrə təxminən 30 dispetçerin və 3 min hava gəmisi heyətinin hazırlanması planlaşdırılır.

Скопировано
Balaca Ayaz Prezidentin hədiyyə etdiyi “Kamaz”a mindi - Baku TV

Balaca Ayaz Prezidentin hədiyyə etdiyi “Kamaz”a mindi - Baku TV

Siyasət
11 апреля 2026 95 просмотров
Türk qoşunlarının Şuşaya girişi ilə qırğınlar necə dayandırıldı? - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Türk qoşunlarının Şuşaya girişi ilə qırğınlar necə dayandırıldı? - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
11 апреля 2026 95 просмотров
İslamabad danışıqlarından gözləntilər | İranın razılaşma şərtlərinə əməl etməmə səbəbləri - Baku TV

İslamabad danışıqlarından gözləntilər | İranın razılaşma şərtlərinə əməl etməmə səbəbləri - Baku TV

Siyasət
11 апреля 2026 95 просмотров
ABŞ gəmiləri Hörmüzdən keçdi: Vaşinqton və Tehran arasında tarixi razılaşma olacaq? - AKTUAL GÜNDƏM

ABŞ gəmiləri Hörmüzdən keçdi: Vaşinqton və Tehran arasında tarixi razılaşma olacaq? - AKTUAL GÜNDƏM

Siyasət
11 апреля 2026 95 просмотров
Bu gecə həlledici olacaq: Tramp hərbi əməliyyatların anonsunu verdi - AKTUAL GÜNDƏM

Bu gecə həlledici olacaq: Tramp hərbi əməliyyatların anonsunu verdi - AKTUAL GÜNDƏM

Siyasət
11 апреля 2026 95 просмотров
Hikmət Hacıyev “Sülh Körpüsü” təşəbbüsünün iştirakçıları ilə görüşdü - Baku TV

Hikmət Hacıyev “Sülh Körpüsü” təşəbbüsünün iştirakçıları ilə görüşdü - Baku TV

Siyasət
11 апреля 2026 95 просмотров
Şərti terrorçu zərərsizləşdirilib, qrup rəhbəri ələ keçirilib

Şərti terrorçu zərərsizləşdirilib, qrup rəhbəri ələ keçirilib

Siyasət
11 апреля 2026 95 просмотров
Ermənistana yanacaq ixracı | Azərbaycandan 15 vaqon dizel yanacağı yola salındı - Baku TV

Ermənistana yanacaq ixracı | Azərbaycandan 15 vaqon dizel yanacağı yola salındı - Baku TV

Siyasət
11 апреля 2026 95 просмотров
Prezident İlham Əliyevdən Ayazın ailəsinə hədiyyə - Baku TV

Prezident İlham Əliyevdən Ayazın ailəsinə hədiyyə - Baku TV

Siyasət
11 апреля 2026 95 просмотров
"Sülh Körpüsü" təşəbbüsü çərçivəsində dəyirmi masa - Baku TV

"Sülh Körpüsü" təşəbbüsü çərçivəsində dəyirmi masa - Baku TV

Siyasət
11 апреля 2026 95 просмотров
Выбранные
icon