"Sülh Körpüsü" təşəbbüsü çərçivəsində dəyirmi masa - Baku TV
"Sülh Körpüsü" Təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib.
Dəyirmi masa çərçivəsində ikinci panel müzakirəsi baş tutub.
İştirakçılar müzakirə zamanı Azərbaycan və Ermənistan arasında sülh prosesinin mövcud gedişini dəyərləndirərək, fikir və təkliflərini səsləndiriblər.
Qeyd edək ki, erməni nümayəndə heyəti Azərbaycana quru sərhədi vasitəsilə, delimitasiya və demarkasiya edilmiş sahədən daxil olub, bütün müvafiq sərhəd və pasport nəzarəti prosedurlarından keçib.
Vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq 2025-ci il avqustun 8-də Vaşinqton şəhərində Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə keçirilmiş üçtərəfli sammitdə təsdiqlənmiş ikitərəfli sülh gündəliyi çərçivəsində aparılır.
Görüşün gündəliyinə sülh prosesinin hazırkı vəziyyəti, "Sülh Körpüsü" Təşəbbüsü iştirakçılarının öz ölkələrində həyata keçirdikləri fəaliyyətlər və əldə olunan nəticələr, həmçinin regiondakı vəziyyətin müzakirəsi daxildir.
