Выбрать плеер:

Mina qurbanlarının rəsmi sayı açıqlandı | Ağır mirasın fəsadları nə vaxt tam bitəcək? - Baku TV

10 июня 2026 75 просмотров

"Minalar Ermənistan-Azərbaycan münaqişəsinin ən ağır miraslarından biri olaraq qalmaqdadır və hərbi əməliyyatların dayandırılmasından uzun müddət keçməsinə baxmayaraq, insan həyatına son qoymaqda davam edir".

Bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev sosial media hesabında paylaşım edib.

O, rəsmi statistikanı diqqətə çatdıraraq bildirib ki, 2020-ci il noyabrın 10-dan bəri Azərbaycanda 427 mina qurbanı qeydə alınıb:

"Onlardan 73-ü həlak olub, 354-ü isə müxtəlifdərəcəli bədən xəsarətləri alıb. Mina qurbanlarından 231-i mülki şəxslərdir. 1991-ci ildən bəri isə ümumi mina qurbanlarının sayı 3 500 nəfəri ötüb ki, onların da arasında 362 uşaq və gənc, həmçinin 38 qadın var".

Hikmət Hacıyev vurğulayıb ki, faciəvi insan itkiləri ilə yanaşı, ərazilərin minalarla kütləvi şəkildə çirkləndirilməsi köçkün ailələrin təhlükəsiz qayıdışı, azad edilmiş ərazilərin yenidən qurulması, iqtisadi inkişaf və kənd təsərrüfatı üçün əsas maneə olaraq qalır:

"Aşkar edilən və təmizlənən hər bir mina təkcə xilas edilmiş potensial insan həyatı deyil, həm də bərpa prosesinə doğru atılmış addımdır. Mina təmizləmə fəaliyyəti təkcə təhlükəsizlik məsələsi deyil, həm də humanitar zərurət, dayanıqlı yenidənqurma və inkişaf üçün əsas şərtdir".

"Əhali hələ də bundan əziyyət çəkir" | Bakı Təşəbbüs Qrupunun addımları nəticə verir - Baku TV

"Əhali hələ də bundan əziyyət çəkir" | Bakı Təşəbbüs Qrupunun addımları nəticə verir - Baku TV

Siyasət
09 июня 2026 75 просмотров
Paşinyanın legitimlik sınağı: Kreml seçki nəticələrini tanımasa, nə baş verəcək? - AKTUAL GÜNDƏM

Paşinyanın legitimlik sınağı: Kreml seçki nəticələrini tanımasa, nə baş verəcək? - AKTUAL GÜNDƏM

Siyasət
09 июня 2026 75 просмотров
İstanbul Bəyannaməsi imzalandı | Yaxın Şərqdə gərginlik artır | Trampdan çağırış - YENİ BİR SƏHƏR

İstanbul Bəyannaməsi imzalandı | Yaxın Şərqdə gərginlik artır | Trampdan çağırış - YENİ BİR SƏHƏR

Siyasət
09 июня 2026 75 просмотров
Ceyhun Bayramov mətbuat konfransında vətəndaşlara çağırış etdi - Baku TV

Ceyhun Bayramov mətbuat konfransında vətəndaşlara çağırış etdi - Baku TV

Siyasət
08 июня 2026 75 просмотров
Regionun taleyini dəyişəcək proses | Bakı və Ankaradan tarixi layihə - BİZDƏN NƏ DANIŞIRLAR?

Regionun taleyini dəyişəcək proses | Bakı və Ankaradan tarixi layihə - BİZDƏN NƏ DANIŞIRLAR?

Siyasət
08 июня 2026 75 просмотров
Ermənistan seçkilərindən sonra regionda hadisələr yenidən qarışır? - AKTUAL GÜNDƏM

Ermənistan seçkilərindən sonra regionda hadisələr yenidən qarışır? - AKTUAL GÜNDƏM

Siyasət
08 июня 2026 75 просмотров
Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər - ANA XƏBƏR

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər - ANA XƏBƏR

Siyasət
08 июня 2026 75 просмотров
Ceyhun Bayramov Türkiyədə keçirilən konfransda çıxış etdi - Baku TV

Ceyhun Bayramov Türkiyədə keçirilən konfransda çıxış etdi - Baku TV

Siyasət
08 июня 2026 75 просмотров
Paşinyanın seçilməsi Azərbaycanla bağlı hansı nəticəni yaradacaq? - Baku TV

Paşinyanın seçilməsi Azərbaycanla bağlı hansı nəticəni yaradacaq? - Baku TV

Siyasət
08 июня 2026 75 просмотров
Ermənistanda sülh gündəliyi qələbə qazandı | Bakının şərtləri qəbul edilir? - Baku TV

Ermənistanda sülh gündəliyi qələbə qazandı | Bakının şərtləri qəbul edilir? - Baku TV

Siyasət
08 июня 2026 75 просмотров
Выбранные
icon