Müşavirədə su təchizatı sahəsində görülən tədbirlər açıqlanıb - Baku TV
Su təchizatı olmadan kənd təsərrüfatının inkişafı mümkün deyil.
Bunu Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə deyib.
Dövlət başçısı bu istiqamətdə bir çox önəmli layihələrin icra edildiyinə diqqət çəkib:
"Su anbarları – Taxtakörpü, Şəmkirçay ən böyük su anbarlarıdır, Göytəpə su anbarı, digər su anbarları. İndi 10 su anbarının yenidən qurulması layihəsi icra edilir. Qarabağ və Şərqi Zəngəzur işğalçılardan azad ediləndən sonra dərhal orada su anbarlarının bərpasına başlamışıq və artıq Köndələnçay su anbarlarının sayı üç oldu. Xaçınçay, ondan sonra Suqovuşan, Sərsəng, Zabuxçay su anbarları yenidən quruldu. Sovet vaxtında yox idi, indi Bərgüşad və Həkəri su anbarlarının tikintisi işləri gedir. Qarabağda və Şərqi Zəngəzurda bizim 25 faiz su ehtiyatlarımız formalaşır. Onlardan səmərəli istifadə etmək, həm o bölgəni, həm digər bölgələri su ilə təmin etmək mümkün olacaq".
Prezident qeyd edib ki, vaxtilə Sərsəng və Suqovuşan su anbarları Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılanda məqsəd Qarabağın hüdudlarından kənarda olan 7-8 rayonu su ilə təmin etmək idi:
"O vaxt, işğaldan sonra ermənilər suyumuzu kəsmişdilər. İndi bir kanal fəaliyyətdədir. Digər kanalın tikintisi davam edir və beləliklə, 8 rayona, təqribən 100 min hektar torpağa su veriləcək. Şirvan kanalı. Bunun tikintisinə biz beton kanal olaraq başlamışıq və yəqin ki, gələn il artıq istifadəyə veriləcək. Bu da böyük həcmdə torpaq sahələrini su ilə təmin edəcək. Bu barədə bu gün məruzə ediləcək".
Тег #İlham Əliyev используется
- Prezident İlham Əliyev hökumətə tapşırıq verib - Baku TV
- Ölkə başçısı investorları fabriklər qurmağa dəvət edib - Baku TV
- Biz nəinki özümüzü, hətta bir çox ölkələri azot gübrələri ilə təmin edirik | İlham Əliyev - Baku TV
- Müşavirədə torpaqlardan səmərəli istifadənin vacibliyi vurğulanıb - Baku TV
- Subsidiya veririk və 10 il bu davam edir, belə olmaz | İlham Əliyev - Baku TV
