Oğul Xamenei atasından nə ilə fərqlənir? | Ekspertlərdən açıqlama - Baku TV
ABŞ-İsrail və İran arasındakı müharibənin 9-cu günü İranda yeni Ali Rəhbər seçildi. ABŞ-İsrail tandeminin apardığı əməliyyatlar nəticəsində öldürülən Əli Xameneinin yerinə oğlu Müctəba Xamenei gətirildi.
Müctəba Xameneinin seçilməsi ilə bağlı İran daxilində ixtilaflı fikirlər var. Ekspertlər Şurasının üzvlərindən bir neçəsi səsvermədə iştirak etməyib.
Müxtəlif mənbələr iddia edir ki, proses SEPAH-ın təzyiqi altında keçirilib və səsvermə şəffaf olmayıb. Səsverməyə qarşı olanlar isə hakimiyyətin irsi şəkildə ötürülməsinə etiraz ediblər. Çünki belə addım İran teokratiyasının ənənələrinə ziddir.
Qeyd edək ki, şah rejiminə qarşı İslam İnqilabının əsas məqsədi hakimiyyətin atadan oğula ötürülməsinin qarşısını almaq idi. Hazırkı vəziyyət isə İslam İnqilabının ruhuna zidd görünür.
Qum məktəbinin müctəhid yetirməsi və İranın pərdəarxası fiqurlarından biri sayılan Müctəba Xamenei 1969-cu ildə anadan olub. Gənclik illərində həm dini elmlərlə məşğul olub, həm də İran-İraq müharibəsində iştirak edib. Bu da ona müharibə və müdafiə strukturlarını yaxından tanımaq imkanı yaradıb.
Bəs Müctəba Xameneinin Ali Rəhbər seçilməsi İran elitasının İsrail və ABŞ-yə ötürdüyü mesaj kimi necə başa düşülməlidir?
Тег #İran используется
