Выбрать плеер:
Prezident anklav kəndlərin qaytarılmasından danışdı
“Qazaxın anklav və qeyri-anklav kəndləri var. Anklav olmayan 4 kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır. Anklav kəndlərlə (Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir) bağlı ayrıca ekspert qrupu yaradılmalıdır və bu, müzakirə edilməlidir".
Bu sözləri Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində deyib.
“Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır, bu anklavlara gedən yollara şərait yaradılmalıdır və bu anklavlara oranın sakinləri yerləşdirilməlidir. Yəni bizim mövqeyimiz bundan ibarətdir. Ermənistanın mövqeyi nədən ibarətdir, biz bunu başa düşə bilmirik”, – deyə dövlət başçısı bildirib.
Скопировано
