Prezident İlham Əliyev İran İslam Şurası Məclisinin sədrini qəbul etdi - Baku TV
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Məhəmməd Baqir Qalibafın ölkəmizə əvvəlki səfərini məmnunluqla xatırlayan dövlət başçısı onun İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasında iştirakının əhəmiyyətinə toxunub.
Prezident İlham Əliyev bu tədbirin İslam həmrəyliyinin inkişafına töhfə verəcəyinə ümidvarlığını bildirərək gələn il ölkəmizin İƏT-in Zirvə Görüşünə ev sahibliyi edəcəyini deyib və bununla bağlı artıq hazırlıq işlərinin başlanıldığını qeyd edib.
Azərbaycan Prezidenti İlham Əliyev Məhəmməd Baqir Qalibafın səfərinin eyni zamanda ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağını vurğulayıb.
Dövlət başçısı Azərbaycan-İran münasibətlərinin uğurlu inkişafına da toxunub.
Müharibənin böyük dərd və faciə olduğunu deyən qonaq həmin dövrdə ölkəmizin İranla mehriban qonşuluq münasibətlərinə sadiq qaldığını, humanitar yardımını əsirgəmədiyini, Azərbaycan xalqının İranın yanında olduğunu vurğulayıb və qeyd edib ki, bu, İran xalqının yaddaşında əbədi qalacaq.
Azərbaycanla İranın çətin günlərdə də daim bir-birinin yanında olduqlarını deyən Məhəmməd Baqir Qalibaf bunu ölkələrimizin birliyinin və həmrəyliyinin daha bir nümunəsi kimi qiymətləndirib. Qonaq bu müharibənin eyni zamanda İrana müsəlman ölkələri ilə təmasların nə dərəcədə vacib olduğunu göstərdiyini bildirib.
Məhəmməd Baqir Qalibaf qeyd edib ki, İran müharibə dövründə dostunu və düşmənini tanıyıb. Bu xüsusda dost ölkə kimi Azərbaycan İranın yanında olub.
Söhbət zamanı Azərbaycan-İran əlaqələrinin gələcəkdə daha da dinamik inkişafına əminlik ifadə olunub, Ağbənd-Kəlalə körpüsünün tikintisinin artıq başa çatdırıldığı və İran ərazisindən keçən Araz dəhlizinin də regionda nəqliyyat imkanlarının artırılmasına xidmət edəcəyi məmnunluqla vurğulanıb.
Тег #İlham Əliyev используется
- İlham Əliyev və Numan Kurtulmuş arasında müzakirə olunan məsələlər
- Prezident Türkiyə Böyük Millət Məclisi sədri ilə hansı məsələləri müzakirə etdi? - Baku TV
- Azərbaycan və Türkmənistan prezidentlərinin Qarabağ səfəri | BMT-dən vacib təşəbbüs - YENİ BİR SƏHƏR
- Azərbaycan və Türkmənistan liderləri Qarabağda birlik nümayiş etdirdilər - Baku TV
- Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib | "Haber Global"dan süjet - Baku TV
