Siyasət
Выбрать плеер:

Prezident Ukraynanın yeni səfirinin etimadnaməsini qəbul etdi

25 мая 2024

Prezident İlham Əliyev mayın 25-də Ukraynanın yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Yuri Qusevin etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Prezident İlham Əliyev səfirlə söhbət edib.

Səfir Ukrayna Prezidenti Volodimir Zelenskinin salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Ukrayna Prezidentinə çatdırmağı xahiş edib.

Dövlət başçısı Volodimir Zelenski ilə bir neçə gün əvvəl telefon danışığını xatırladaraq bu müstəvidə ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq məsələlərinə toxunulduğunu diqqətə çatdırıb.

Söhbət zamanı ölkələrimizin müstəqilliklərinin bərpasından bəri Azərbaycanla Ukrayna arasında dostluq münasibətlərinin formalaşdığı və ölkələrimiz arasında ikitərəfli əsasda yaxşı əlaqələrin olduğu qeyd edilib, həmçinin dövlətlərimizin bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyi vurğulanıb.

Səfir Ukraynaya göstərilən humanitar dəstəyə, xüsusilə Ukraynadan olan uşaqların Azərbaycanda reabilitasiyası üzrə təşkil olunan layihələrə görə təşəkkürünü bildirib.

Yuri Qusev ötən gün Azərbaycanın Laçın şəhərinə səfər etdiyini və burada görülən bərpa-quruculuq işlərinin onda böyük təəssürat yaratdığını deyərək İrpen və Laçın şəhərləri arasında qardaşlıq münasibətlərinin qurulması məsələsini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Скопировано
Pakistanla Azərbaycan arasında vacib zəng | Nələr müzakirə edildi?

Pakistanla Azərbaycan arasında vacib zəng | Nələr müzakirə edildi?

Siyasət
16 июня 2024
Mehriban Əliyeva Qurban Bayramı münasibətilə paylaşım edib

Mehriban Əliyeva Qurban Bayramı münasibətilə paylaşım edib

Siyasət
16 июня 2024
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə paylaşım edib

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə paylaşım edib

Siyasət
16 июня 2024
Bütün azərbaycanlı qardaşlarıma salam və sevgilərimi çatdırıram | Ərdoğan

Bütün azərbaycanlı qardaşlarıma salam və sevgilərimi çatdırıram | Ərdoğan

Siyasət
16 июня 2024
Yayda yağan qar kətan yağı ilə məşğul olanları müflis etdi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Yayda yağan qar kətan yağı ilə məşğul olanları müflis etdi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
15 июня 2024
Hakan Fidan Azərbaycan xalqını belə təbrik etdi

Hakan Fidan Azərbaycan xalqını belə təbrik etdi

Siyasət
15 июня 2024
Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım etdi

Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım etdi

Siyasət
15 июня 2024
Prezidentin Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına məktubu

Prezidentin Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına məktubu

Siyasət
15 июня 2024
İlham Əliyev Milli Qurtuluş günü münasibəti ilə sosial şəbəkə hesablarında paylaşım edib

İlham Əliyev Milli Qurtuluş günü münasibəti ilə sosial şəbəkə hesablarında paylaşım edib

Siyasət
15 июня 2024
Ermənistan təxribat törətməyə necə qərar verdi? | Siyasi şərhçidən açıqlama

Ermənistan təxribat törətməyə necə qərar verdi? | Siyasi şərhçidən açıqlama

Siyasət
14 июня 2024
Выбранные
icon