Siyasət
Выбрать плеер:

Qazaxın 4 kəndi bir güllə atılmadan qaytarıldı

19 апреля 2024

Aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə bu ölkələrin Baş nazirinin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryanın sədrliyi ilə dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib.

Görüşdə komissiyalar bəzi məsələlərlə bağlı razılığa gəliblər. Qərara alınıb ki, delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Ermənistanın Bağanis – Azərbaycanın Bağanis Ayrım, Ermənistanın Voskepar – Azərbaycanın Aşağı Əskipara, Ermənistanın Kirants – Azərbaycanın Xeyrimli və Ermənistanın Berkaber – Azərbaycanın Qızılhacılı yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin. Bu, Tərəflər arasında 2024-cü il mayın 15-dək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.

O da razılaşdırılıb ki, Tərəflər sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərinin eyni vaxtda və paralel yerləşdirilməsi üçün tədbirlər görmək məqsədilə öz hökumətlərinə müraciət edəcəklər. Həmçinin delimitasiya prosesi tam başa çatana qədər Protokol-təsvirdə göstərilən sərhəd xəttinin hissələri delimitasiya edilmiş hesab olunsun.

Paralel olaraq Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın Birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin 2024-cü il iyulun 1-dək başa çatdırılması və dövlətdaxili razılaşdırmalar prosesinə və müvafiq qaydada Tərəflərin dövlətlərinin qanunvericiliyinin tələblərinə uyğun olaraq Əsasnamənin təsdiqinə başlamaq barədə razılığa gəlinib.

Tərəflər razılaşıblar ki, onlar delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar. Tərəflər həmçinin həmin baza prinsipini Əsasnamə layihəsində təsbit etmək barədə razılığa gəliblər.

Əgər gələcəkdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişdə başqa cür qərara gəlinərsə, o zaman Əsasnamənin müvafiq bəndi bu Sazişlə müəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq.

Tərəflər Əsasnaməni təsdiq etdikdən sonra növbəliliyi razılaşdırmaq və sərhədin bütün digər hissələrinin, o cümlədən anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. Görüşün nəticəsində protokol imzalanıb. Növbəti görüşün keçirilməsi tarixinin və yerinin işçi qaydada razılaşdırılması qərara alınıb.

Скопировано
Avropa Komissiyasının genişlənmə üzrə Baş direktorunun Azərbaycana səfəri başlayıb

Avropa Komissiyasının genişlənmə üzrə Baş direktorunun Azərbaycana səfəri başlayıb

Siyasət
03 мая 2024
Ceyhun Bayramov BMT-nin Baş katibinin müşaviri ilə görüşüb

Ceyhun Bayramov BMT-nin Baş katibinin müşaviri ilə görüşüb

Siyasət
03 мая 2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Bakı prosesi davam edir

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Bakı prosesi davam edir

Siyasət
02 мая 2024
Ermənistanda revanşistlər hakimiyyətə gəlsə, nə baş verər? - BAKU ANALİTİK

Ermənistanda revanşistlər hakimiyyətə gəlsə, nə baş verər? - BAKU ANALİTİK

Siyasət
02 мая 2024
Yeni Kaledoniyadan Azərbaycan Prezidentinə böyük rəğbət

Yeni Kaledoniyadan Azərbaycan Prezidentinə böyük rəğbət

Siyasət
02 мая 2024
Kəndlərin Azərbaycana qaytarılmasına qarşı etirazlar | 31 radikal saxlanıldı

Kəndlərin Azərbaycana qaytarılmasına qarşı etirazlar | 31 radikal saxlanıldı

Siyasət
02 мая 2024
BTQ-nin fəaliyyətinə Fransa tərəfindən müəyyən reaksiyalar var | Abbas Abbasov

BTQ-nin fəaliyyətinə Fransa tərəfindən müəyyən reaksiyalar var | Abbas Abbasov

Siyasət
02 мая 2024
300 min azərbaycanlının qayıdışı – İrəvan kuluarlarında nələr müzakirə edilir?

300 min azərbaycanlının qayıdışı – İrəvan kuluarlarında nələr müzakirə edilir?

Siyasət
02 мая 2024
Mədəniyyətlərarası forumun iştirakçısı dünyaya çağırış etdi

Mədəniyyətlərarası forumun iştirakçısı dünyaya çağırış etdi

Siyasət
02 мая 2024
Frankofoniyanın Qarabağda nə işi var idi? | Separatizm “toxumu”

Frankofoniyanın Qarabağda nə işi var idi? | Separatizm “toxumu”

Siyasət
02 мая 2024
Выбранные
icon