Выбрать плеер:

Qrono Azərbaycan və Ermənistan arasındakı münasibətdən danışdı | Sensasiyalı açıqlama

03 февраля 2025 409 просмотров

Ermənistan və Azərbaycan arasında nizamlanma prosesinin müxtəlif formatlarda əldə edilmiş nailiyyətlər və uğurlara əsaslanan sakit və müsbət atmosferdə və son zamanlar ikitərəfli səviyyədə davam etməsi Avropa Birliyi üçün çox vacibdir.

Bunu Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono erməni mətbuatına müsahibəsində deyib.

“Bakıda bütün həmsöhbətlərim “münaqişə həll olunub”, “vəziyyət sabitləşib”, “gücdən istifadə etmək niyyəti yoxdur”, “nizamlanma prosesi bütün istiqamətlərdə davam etməlidir” fikrini bildirdilər.

Bir daha qeyd etmək istərdim ki, görüşlər zamanı eşitdiklərim bəzən ictimai yerlərdə eşitdiklərimizdən çox fərqli idi. Yanvarın 16-da planlaşdırıldığı kimi, Ermənistan və Azərbaycan sərhəd komissiyalarının 11-ci iclası keçirilib.

Gələcək demarkasiya işləri ilə bağlı tərəflər arasında davam edən fikir mübadiləsini və şimaldan cənuba konkret demarkasiya işlərinin davam etdirilməsi ilə bağlı əldə olunmuş razılığı alqışlamaq və yüksək qiymətləndirmək istərdim.

Bu, çox müsbət siqnaldır və çox ümid edirəm ki, istər sülh müqaviləsi layihəsi, istər əlaqələrin bərpası və kommunikasiya yollarının açılması, istərsə də humanitar məsələlər kimi digər sahələrdə də oxşar irəliləyişlər olacaq.

Şübhəsiz ki, hər iki tərəfi tərəqqiyə sadiq olmağa çağırırıq və müəyyən xoşagəlməz tendensiyaların mənfi təsirləri barədə xəbərdarlıq edirik”, – M.Qrono bildirib.

Скопировано
Prezident Türkiyə Böyük Millət Məclisi sədri ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

Prezident Türkiyə Böyük Millət Məclisi sədri ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

Siyasət
24 июня 2026 409 просмотров
Ermənistan vətəndaşlarının məhkəməsində nələr baş verdi? | Diqqətçəkən anlar - Baku TV

Ermənistan vətəndaşlarının məhkəməsində nələr baş verdi? | Diqqətçəkən anlar - Baku TV

Siyasət
24 июня 2026 409 просмотров
Bakı-İrəvan münasibətlərində yeni səhifə? | Regional kommunikasiyaların bərpası - Baku TV

Bakı-İrəvan münasibətlərində yeni səhifə? | Regional kommunikasiyaların bərpası - Baku TV

Siyasət
24 июня 2026 409 просмотров
Azərbaycan və Türkmənistan prezidentlərinin Qarabağ səfəri | BMT-dən vacib təşəbbüs - YENİ BİR SƏHƏR

Azərbaycan və Türkmənistan prezidentlərinin Qarabağ səfəri | BMT-dən vacib təşəbbüs - YENİ BİR SƏHƏR

Siyasət
24 июня 2026 409 просмотров
Azərbaycan və Türkmənistan liderləri Qarabağda birlik nümayiş etdirdilər - Baku TV

Azərbaycan və Türkmənistan liderləri Qarabağda birlik nümayiş etdirdilər - Baku TV

Siyasət
24 июня 2026 409 просмотров
Rusiyadan Ermənistana növbəti buğda tədarükü Azərbaycan üzərindən davam edir - Baku TV

Rusiyadan Ermənistana növbəti buğda tədarükü Azərbaycan üzərindən davam edir - Baku TV

Siyasət
24 июня 2026 409 просмотров
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib | "Haber Global"dan süjet - Baku TV

Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib | "Haber Global"dan süjet - Baku TV

Siyasət
23 июня 2026 409 просмотров
Azərbaycan vasitəsilə Rusiyadan Ermənistana nələr yollanıldı? - Baku TV

Azərbaycan vasitəsilə Rusiyadan Ermənistana nələr yollanıldı? - Baku TV

Siyasət
23 июня 2026 409 просмотров
Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatdı - Baku TV

Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatdı - Baku TV

Siyasət
23 июня 2026 409 просмотров
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birgə nahar etdilər - Baku TV

Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birgə nahar etdilər - Baku TV

Siyasət
23 июня 2026 409 просмотров
Выбранные
icon