"Onları bir-bir tutmaq üçün..." | Teymur Kərimli türk xalqlarının birliyi və gücündən danışdı
“20-ci əsrin 20-ci illərində ziyalılar türkləri birləşdirmək üçün çarə axtarmağa başladılar və 1926-cı ildə Birinci Türkoloji Qurultay keçirildi. Qəribəsi odur ki, bolşevik diktaturası buna icazə verdi”.
Bunu Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş layihənin yeni buraxılışında akademik, Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli deyib.
O əlavə edib ki, Birinci Türkoloji Qurultayın keçirilməsinə icazə verilməsinin səbəbi orada iştirak edənlərin sonradan məhv edilməsi planı idi.
“100 il əvvəlki türklər indiki qədər güclü deyildilər. İndi türk dövlətlərinin başçıları öz aralarında o qədər yaxınlaşıblar ki, Türkoloji Qurultayın əhəmiyyəti artıq özünü göstərir. Qurultay iştirakçıları repressiyaya məruz qalsalar da, onların irsi yaşadı”, – deyə akademik vurğulayıb.
