Выбрать плеер:

"Ramiz Mehdiyev işi"ndə Əli Kərimli epizodu üzrə son ciddi detallar bəlli oldu

01 декабря 2025 89 просмотров

Məlum olduğu kimi, Ramiz Mehdiyevin dövlət hakimiyyətinin zorakı yolla ələ keçirilməsinə yönələn əməlləri ilə bağlı cinayət işi gedişində müxtəlif şəxslər dindirilir.

Sorğulanmalardan məlum olur ki, ssenarisi Rusiyada yazılmış əsas şübhəli sövdələşmələr məhz 2012-2013-cü illərdə başlayıb. Ramiz Mehdiyevin yaxın dostu, Azərbaycana qarşı fəaliyyəti dəfələrlə ifşa olunsa belə, müdafiə etdiyi Abbas Abbasov 2012-ci ildə Rusiyada hamının "Milyarderlər İttifaqı" kimi tanıdığı "Rusiya Azərbaycan Təşkilatları İttifaqı"nı yaradır.

İBRUS şirkətinin sahibi Rüstəm İbrahimbəyov isə Abbas Abbasovla birgə "Milyarderlər İttifaqı"nın Koordinasiya Şurasının üzvü olur. Bundan dərhal sonra Rüstəm İbrahimbəyov missiyası üzrə Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəylini başına yığıb "Milyarderlər İttifaqı"nın kapitalı ətrafında Milli Şura yaradır. Əli Kərimli isə tənəzzül etmiş AXCP-ni Rusiyada yaşayan Rüstəm İbrahimbəyovun yaratdığı "Milli Şura"nın alətinə çevirir.

Hamıya məlum olan bu hadisələrin daha dərin dəlilləri isə şokedici telefon danışıqları üzə çıxdıqdan sonra araşdırılan Ramiz Mehdiyevin evində aşkarlanıb. Xeyli vaxtdır ki, Əli Kərimlinin fasiləsiz mitinqlərinin məhz Ramiz Mehdiyevin vəzifədən getməsi ilə eyni vaxtda tarixə qovuşduğu çoxlarının diqqətini çəkib.

Daha əvvəl mətbuatda yayılan məlumata əsasən, DTX-nin AXCP sədri Əli Kərimlinin evində apardığı axtarış zamanı evdən "Milyarderlər İttifaqı" ilə əlaqəyə dair materiallar, Ramiz Mehdiyev tərəfindən yazılmış məktubun mediada olmayan ilkin redaktə variantı və sair sənədlər tapılıb.

Araşdırmalar zamanı o fakt da tam təsdiqini tapıb ki, Əli Kərimlidən geri qalmaq istəməyən Gültəkin Hacıbəyli də öz "haqqı"nı əldə etməyi bacarıb. Məsələn, Bakıda və Goranboyda daşınmaz əmlaklar formasında.

Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyevin sahibi olduğu, onun qardaşı oğlu Orxan Fikrət oğlu Əliyevin isə qanuni təmsilçisi olduğu "NLT" MMC tərəfindən inşa edilən Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 251A nömrəli 15 mərtəbəli binada Gültəkin Hacıbəyliyə gizli şəkildə iki müasir mənzil hədiyyə edilib.

Həmin mənzillərdən biri Gültəkin Hacıbəylinin atası Yunis Hacıyevin adındadır. Söhbət həmin ünvanda yerləşən 179,4 kvadratmetr sahəsi olan 183 nömrəli mənzildən gedir. Gültəkin Hacıbəyli sözügedən mənzili hazırda yüksək məbləğə kirayə verib. Həmin binanın 13-cü mərtəbəsində Gültəkin Hacıbəyliyə "xüsusi xidmətlərinə" görə, "boz kardinal" tərəfindən bağışlanan digər mənzil isə onun bacısı Aytən Hacıyevanın adına rəsmiləşdirilib. 178,18 kvadratmetr sahəsi olan dördotaqlı mənzildə isə Gültəkin Hacıbəyli özü tək yaşayır.

Скопировано
Azərbaycan-Türkiyə-Pakistan qardaşlığı regionun güc mərkəzidir | RƏSMİLƏR

Azərbaycan-Türkiyə-Pakistan qardaşlığı regionun güc mərkəzidir | RƏSMİLƏR

Siyasət
10 декабря 2025 89 просмотров
İlham Əliyev Donald Trampa təşəkkür etdi - Baku TV

İlham Əliyev Donald Trampa təşəkkür etdi - Baku TV

Siyasət
10 декабря 2025 89 просмотров
Osmanlı-Səfəvi qarşıdurması Rusiyanın xeyrinə necə işlədi? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Osmanlı-Səfəvi qarşıdurması Rusiyanın xeyrinə necə işlədi? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
10 декабря 2025 89 просмотров
AXCP sədri Əli Kərimli barəsində vəsatət təmin olunmayıb

AXCP sədri Əli Kərimli barəsində vəsatət təmin olunmayıb

Siyasət
10 декабря 2025 89 просмотров
“Bunun nə vaxt olacağını bilmirəm, amma...” | Simonyandan Bakının açıqlamasına reaksiya - Baku TV

“Bunun nə vaxt olacağını bilmirəm, amma...” | Simonyandan Bakının açıqlamasına reaksiya - Baku TV

Siyasət
10 декабря 2025 89 просмотров
Azərbaycan və Ermənistan parlament sədrləri İstanbulda görüşəcək? - Baku TV CANLI

Azərbaycan və Ermənistan parlament sədrləri İstanbulda görüşəcək? - Baku TV CANLI

Siyasət
10 декабря 2025 89 просмотров
Azərbaycanın Almaniyadakı səfiri Paşinyanla erməni dilində danışdı - Baku TV

Azərbaycanın Almaniyadakı səfiri Paşinyanla erməni dilində danışdı - Baku TV

Siyasət
10 декабря 2025 89 просмотров
Azərbaycanla Türkmənistan arasında anlaşma memorandumu imzalandı

Azərbaycanla Türkmənistan arasında anlaşma memorandumu imzalandı

Siyasət
10 декабря 2025 89 просмотров
Prezident İlham Əliyev Lord Olderdays ilə nələrdən danışdı?

Prezident İlham Əliyev Lord Olderdays ilə nələrdən danışdı?

Siyasət
10 декабря 2025 89 просмотров
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan üzrə ticarət elçisi Bakıda

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan üzrə ticarət elçisi Bakıda

Siyasət
10 декабря 2025 89 просмотров
Выбранные
icon