Выбрать плеер:

Region liderləri niyə susur? - Bərzaninin ofisinin hədəf alınmasının pərdəarxası - Baku TV

18 августа 2026 129 просмотров

ABŞ ilə İran arasında aktiv hərbi əməliyyatlar dayandırılsa da, Yaxın Şərqdə gərginlik səngimir.

Bu dəfə İraq Kürdüstanı Regionunun Baş naziri Məsrur Bərzaninin ofisi dron hücumuna məruz qalıb.

Siyasi şərhçi Rəşad Bayramovun sözlərinə görə, hücum siyasi mesaj xarakteri daşıyır:

“Bu hücum ilk növbədə siyasi mesaj xarakteri daşıyan zərbə kimi qiymətləndirilməlidir”.

Onun fikrincə, İran Kürdüstan Regionunda ABŞ hərbi kontingentinin, Qərb şirkətlərinin və Tehrana qarşı fəaliyyət göstərən bəzi kürd qruplarının mövcudluğunu təhlükə kimi qəbul edir. Hücumun məhz Bərzaninin ofisinə və təhlükəsizlik rəhbərinin iqamətgahına yönəlməsi də təsadüfi hesab edilmir:

“Məqsəd yalnız fiziki zərər vurmaq deyil. “İranın təhlükəsizlik maraqlarını nəzərə alın” mesajını verməkdən ibarətdir”.

R.Bayramov qeyd edib ki, Tehran hücumun məsuliyyətini üzərinə götürməsə də, hadisəni üçüncü tərəflərin İranla İraq Kürdüstanı arasında münasibətləri korlamaq cəhdi kimi təqdim edir.

Ekspert hesab edir ki, bunun iki səbəbi ola bilər: mesaj artıq verilib və İran məsuliyyətdən yayınmağa çalışır, yaxud ölkə daxilində siyasi hakimiyyətlə təhlükəsizlik strukturları arasında fikir ayrılığı mövcuddur.

Rəşad Bayramov bildirib ki, bu cür hücumlar təkrarlanarsa, bölgədə yeni qarşıdurma ocağı yarana bilər.

Ekspertin fikrincə, İraq Kürdüstanında siyasi elitanın və mülki obyektlərin hədəfə alınmasının davam etməsi ABŞ-İran qarşıdurmasının arealını genişləndirə və İraqı da prosesə daha çox cəlb edə bilər.

Скопировано
Prezident İlham Əliyev Özbəkistanın ali dərəcəli “Dostluq” ordeni ilə təltif edilib - Baku TV

Prezident İlham Əliyev Özbəkistanın ali dərəcəli “Dostluq” ordeni ilə təltif edilib - Baku TV

Siyasət
24 августа 2026 129 просмотров
"Bu layihələrdən hər birinin öz dəyəri var" | Prezidentlər Daşkənddə bir arada - Baku TV

"Bu layihələrdən hər birinin öz dəyəri var" | Prezidentlər Daşkənddə bir arada - Baku TV

Siyasət
24 августа 2026 129 просмотров
Azərbaycan-Özbəkistan əlaqələrində yeni dövr - Baku TV CANLI

Azərbaycan-Özbəkistan əlaqələrində yeni dövr - Baku TV CANLI

Siyasət
24 августа 2026 129 просмотров
Özbəkistanda Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetinin açılışı baş tutub - Baku TV

Özbəkistanda Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetinin açılışı baş tutub - Baku TV

Siyasət
24 августа 2026 129 просмотров
Azərbaycan və Özbəkistan arasında “Əbədi dostluq” müqaviləsi gündəmə gəldi - Baku TV

Azərbaycan və Özbəkistan arasında “Əbədi dostluq” müqaviləsi gündəmə gəldi - Baku TV

Siyasət
24 августа 2026 129 просмотров
Azərbaycan və Özbəkistan arasında əməkdaşlığı genişləndirən mühüm sənədlər imzalandı - Baku TV

Azərbaycan və Özbəkistan arasında əməkdaşlığı genişləndirən mühüm sənədlər imzalandı - Baku TV

Siyasət
24 августа 2026 129 просмотров
Ali Dövlətlərarası Şuranın üçüncü iclasında hansı məsələlər müzakirə olunub? - Baku TV

Ali Dövlətlərarası Şuranın üçüncü iclasında hansı məsələlər müzakirə olunub? - Baku TV

Siyasət
23 августа 2026 129 просмотров
İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi ilə tanış olub - Baku TV

İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi ilə tanış olub - Baku TV

Siyasət
23 августа 2026 129 просмотров
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Baku TV

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Baku TV

Siyasət
23 августа 2026 129 просмотров
İlham Əliyev və Şavkat Mirziyoyev birgə mərasimlərdə iştirak ediblər - Baku TV

İlham Əliyev və Şavkat Mirziyoyev birgə mərasimlərdə iştirak ediblər - Baku TV

Siyasət
23 августа 2026 129 просмотров
Выбранные
icon