Выбрать плеер:

Rusiya Ermənistanı dialoqa çağırdı

07 июня 2023 67 просмотров

“İrəvanda həqiqətən də Moskvanın ünvanına çıxışlar səsləndirilir, ona görə də Rusiya tərəfi Ermənistanı normal dialoqa çağırır”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Azərbaycanla əlaqələrin açılması məsələsində sərhəd xidmətini yalnız Ermənistanın həyata keçirəcəyinə dair “News.ru” portalının sualını cavablandırarkən deyib.

“İstərdim ki, A.Qriqoryan qərar versin, ya Ermənistan tərəfi ilə normal dialoq baş tutacaq, ya da buna bənzər bəyanatlar. Biz birincini seçirik. Kommunikasiyaların açılması mövzusuna gəlincə, bu məsələ Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri tərəfindən işlənilir”, – deyə o bildirib.

Rusiyalı diplomat Azərbaycanla Ermənistan arasında müzakirəsi aparılan sülh müqaviləsi məsələsi ilə bağlı sualı da cavablandırıb.

Qeyd edib ki, Brüssel və Vaşinqton əvvəllər İrəvan və Bakı arasında danışıqlarda xüsusi fəallıq göstərmirdilər, indi isə vəziyyət dəyişib. Onun fikrincə, tərəflər sülh yolu ilə nizamlanma üçün “səmimi olmalıdırlar”.

“Kənardan tətbiq edilən sülhsevər düsturlar, xüsusən də sürətləndirilmiş rejimdə tətbiq olunanlar heç zaman yaxşı nəticəyə gətirib çıxarmayıb. Eyni zamanda Moskva Ermənistanla Azərbaycan arasında üçtərəfli formatda münasibətlərin normallaşmasına çalışır və üç ölkənin liderləri arasında imzalanmış sazişlər toplusunu mübahisəsiz “yol xəritəsi” hesab edir”, – deyə M.Zaxarova əlavə edib.

Diplomat vurğulayıb ki, işlər plan üzrə gedir və tərəflərin yaxınlaşması, həll yollarının hazırlanması Moskva üçün prioritet olaraq qalır.

Скопировано
Donald Trampdan hökumətin fəaliyyəti barədə növbəti xəbərdarlıq - Baku TV CANLI

Donald Trampdan hökumətin fəaliyyəti barədə növbəti xəbərdarlıq - Baku TV CANLI

Siyasət
20 декабря 2025 67 просмотров
Azərbaycan və Monteneqro XİN başçılarının mətbuata birgə bəyanatı - BAKU TV CANLI

Azərbaycan və Monteneqro XİN başçılarının mətbuata birgə bəyanatı - BAKU TV CANLI

Siyasət
20 декабря 2025 67 просмотров
Milli Məclisin komitə sədrindən sərt açıqlama

Milli Məclisin komitə sədrindən sərt açıqlama

Siyasət
20 декабря 2025 67 просмотров
Odessa vilayətinin liman infrastrukturuna ballistik raketlərlə hücum - Baku TV CANLI

Odessa vilayətinin liman infrastrukturuna ballistik raketlərlə hücum - Baku TV CANLI

Siyasət
20 декабря 2025 67 просмотров
Avropa İttifaqının ikili standart sindromu - Baku TV

Avropa İttifaqının ikili standart sindromu - Baku TV

Siyasət
20 декабря 2025 67 просмотров
Amnistiya qərarı kimlərə şamil olunmayacaq? | Milli Məclisin komitə sədrindən açıqlama - Baku TV

Amnistiya qərarı kimlərə şamil olunmayacaq? | Milli Məclisin komitə sədrindən açıqlama - Baku TV

Siyasət
20 декабря 2025 67 просмотров
Aİ Ukraynaya 90 milyard avro yardım ayırdı - 24 SAAT

Aİ Ukraynaya 90 milyard avro yardım ayırdı - 24 SAAT

Siyasət
20 декабря 2025 67 просмотров
İran Azərbaycandan su alacaq? | GLOBAL PANORAMA

İran Azərbaycandan su alacaq? | GLOBAL PANORAMA

Siyasət
19 декабря 2025 67 просмотров
Qanun fevralın 1-dən deyil, aprelin 1-dən qüvvəyə minə bilər

Qanun fevralın 1-dən deyil, aprelin 1-dən qüvvəyə minə bilər

Siyasət
19 декабря 2025 67 просмотров
Milli Məclisin komitə sədri 15 iyul 1992-ci il tarixli qərardan danışıb

Milli Məclisin komitə sədri 15 iyul 1992-ci il tarixli qərardan danışıb

Siyasət
19 декабря 2025 67 просмотров
Выбранные
icon